Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-04-2026 , 17:22

142

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ölkə bələdiyyələrinin əldə etdikləri vəsaitin 36 faizi Bakı bələdiyyələrinin üzərinə düşüb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə ölkə  bələdiyyələrinin büdcə gəliri 65.609.000 manat olub.  Bu 2024-ci llə müqayisədə 5.2  faiz çox deməkdir. Qeyd edək ki, 2024-ci ildə ölkə bələdiyyələrin büdcə gəliri   62.359.100 manat olub.  Əldə edilən gəlirlərin 52.5 faizi vergilərdən, 47.5 faizi isə rüsumlardan olub.  Büdcə gəlirinin 16.4 faizi torpaq, 36.1 faizi isə əmlak vergisindən daxil olub.

Ölkə bələdiyyələrinin büdcə gəlirin 29 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən, 3.8 faizi mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən, 0.5 faiz bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, 3.8 faizi avtodaynacaqlardan, 0.3 fiziki və hüquqı şəxslərin maliyyə yardımlarından daxil olub.

Ölkə bələdiyyələrinə 2025-cü ildə 7.459.000 manat dotasiya və subvensiya ayrılıb. Ötən il bu rəqəm 7.734.300 manat olmuşdur.

Ölkə bələdiyyələri ötən il ərzində mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərin həcmini 28 faiz, əmlak vergisinin həcmini 22 faiz, torpaq  vergisinin həcmini isə 37.9 faiz  artıb.

Ötən il bələdiyyə müəssisələrindən daxil olan mənfəət vergisinin həcmi 6.100 manat olub

Bununla yanaşı daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişlərin həcmində ciddi azalma müşahidə olunub

Bununla yanaşı ikinici  dəfədir ki, ölkə bələdiyyələrin büdcə gəlirli ümumilikdə 60 milyon manatı kecir. Bu rəqəmin də 23.126.000 manata yaxın hissəsi, yəni 36 faizi   paytaxt bələdiyyələrinin üzərinə düşüb.

Belediyye.info  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
626

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
448

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
623

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
827

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
533

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
887

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
924

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
789