Xətai Bələdiyyəsində tədbir keçirilib
13 oktyabr 2026-cı il tarixində Xətai Bələdiyyəsində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ilə əlaqədar tədbir keçirilib. Tədbir Xətai Rayon Xətai Bələdiyyəsi Ərazi Partiya Təşkilatının təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Ərazi Partiya Təşkilatının sədri Elşad Vəliyev, YAP
Xətai Rayon Təşkilatının məsləhətçisi Ənvər Bayramov, Ərazi Partiya Təşkilatının
sədr müavini Nərminə Hacıyeva, YAP üzvləri və fəalları Rövşən Məmmədov və Həsən
Əliyev çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının ölkənin
ictimai-siyasi həyatındakı rolu, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin
qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər diqqətə
çatdırılıb.
Ərazi Partiya Təşkilatının sədri Elşad Vəliyev çıxışında
VIII Qurultayın əhəmiyyətindən bəhs edərək partiya üzvlərinin qarşısında duran
vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O, bələdiyyə
fəaliyyətində vətəndaşlarla sıx əlaqələrin qurulmasının, əhalinin müraciətlərinə
həssas yanaşılmasının və ictimai təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini
qeyd edib.
YAP Xətai Rayon Təşkilatının məsləhətçisi Ənvər Bayramov
partiyanın tarixi missiyasına və ideoloji prinsiplərinə toxunaraq üzvlərin
ictimai-siyasi fəallığının artırılmasının, partiya ideyalarının təbliğinin və
milli maraqların qorunmasının əhəmiyyətini vurğulayıb.
Ərazi Partiya Təşkilatının sədr müavini Nərminə Hacıyeva
çıxışında partiya üzvlərinin ictimai proseslərdə fəal iştirakının, milli-mənəvi
dəyərlərin qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin
vacibliyini bildirib.
YAP üzvü və fəalı Rövşən Məmmədov partiya üzvlərinin təşəbbüskarlığının,
ictimai məsuliyyətinin və vətəndaşlarla əlaqələrinin gücləndirilməsinin əhəmiyyətindən
danışıb. O, hər bir üzvün gündəlik fəaliyyəti ilə partiyanın nüfuzunun möhkəmlənməsinə
töhfə verməli olduğunu qeyd edib.
YAP üzvü və fəalı Həsən Əliyev isə çıxışında partiya fəallarının
üzərinə düşən əsas vəzifələrə diqqət çəkib. O, partiyanın ideyalarının yalnız tədbirlərdə
deyil, gündəlik fəaliyyət, xalqa xidmət və vətəndaşlarla səmimi ünsiyyət vasitəsilə
təbliğ edilməsinin vacibliyini vurğulayıb. Həsən Əliyev xüsusilə qeyd edib ki,
qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində partiya üzvlərinin fəallığı,
birliyi və məsuliyyətli mövqeyi mühüm rol oynayır.
Tədbirdə vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının qarşıya
qoyduğu məqsədlərin reallaşdırılması hər bir üzvün fəallığından, təşəbbüskarlığından
və üzərinə düşən vəzifələrə məsuliyyətli yanaşmasından asılıdır. Partiya fəallarının
və üzvlərinin əsas missiyası dövlətçilik maraqlarının qorunmasına, ictimai həmrəyliyin
möhkəmləndirilməsinə və partiyanın ideyalarının cəmiyyət arasında geniş təbliğinə
töhfə verməkdir.
Tədbir qarşıda duran vəzifələrin müzakirəsi və partiya fəaliyyətinin daha da gücləndirilməsinin əhəmiyyətinin vurğulanması ilə yekunlaşıb.
Rəylər
0 Rəy