Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-10-2026 , 11:24

330

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: 25 il əzrində hər  hansı bir formada əmlak və torpaq vergisinin tarifləri dəyişməyibsə, icarə haqqlarının birdən birə  dəfələrlə artırılması məntiqsiz görünür”

“Dövlət əmlakında icarə əsasında yerləşib və uzun illər fəaliyyətdə olan bir sıra şəhər bələdiyyələrinə müvafiq qurum tərəfindən şifahi şəkildə birtərəfli qaydada icarə haqqlarının artırılması barədə fikirlər səsləndirilib. Bununla bağlı Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasına müraciətlər daxil olmaqdadır”- bu fikirləri Belediyye.infoya Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev  deyib.

Assosiasiya sədri  qeyd edib ki, Əmlak Məsələləri Dövlət Xidməti məsələ ilə bağlı bir tərəfli qaydada özü də  icarə haqqlarının birdən-birdə dəfələrlə artırılmaq barədəki fikirləri məntiqə uyğun deyil. Seçkili orqan olaraq 25 ildən artıq bir yerdə seçicilərinə  xidmət edən bir qurumla hər hansı formada danışıqlar belə aparmadan, qarşı tərəfdin fikirlərini belə öyrənmədən bu addımın atılması hüquqi baxımdan da yolverilməzdir. Bu illər ərzində əslində Əmlak Məsələləri Dövlət Xidməti həmin dövlət əmlakını bələdiyyənin mülkiyyətinə təmənnasız verməli idi. 

Assosiasiya sədri bildirib ki, müvafiq dövlət qurumu bununla bağlı bələdiyyələrə rəsmi müraciət göndərməli, problem danışıqlar masası ətrafında çözülməli və yekun qərar ondan sonra verilməldir. Yoxsa telefon zəngi ilə və hətta ultimativ formada danışıq tərzini müvafiq orqanın əməkdaşlarına yaraşdırmadım. Bütün hallarda  1999-cu ildən bəri hər hansı bir formada əmlak və torpaq vergisinin tarifləri artırılmadığı halda icarə haqqlarının dəfələrlə artırılması barədə düşünmək məntiqsiz görünür.

Bələdiyyə yerli özünüidarəetmə orqanı olaraq , hər bir vətəndaşın xidmətindədir, o cümlədən vətəndaş olaraq ƏMDX-də çalışanların da. İl ərzində kiçik bir vəsaitlə minlərlə layihənin həyata keçirildiyi bir vaxtda, bələdiyyəyə qarşı bu addımın atılması yolverilməz sayırıq. Bütün məsələlər telefonla deyil danışıqlar masasında həll olunmalıdır. Və məhz bu addımla Cənab Prezidnet İlham Əliyevin  hər zaman tələb etdyi vətəndaş məmnunluğunu təmin etmiş oluruq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər