Anar Adıgözəlov: “Maştağa bələdiyyəsi şəhid adını daşıyan küçəni asfaltlaşdırır”
“Maştağa bələdiyyəsində qəsəbənin şəhidi Babayev İlkin Oqtay oğlunun ailə üzvlərini keçirilən görüşdə şəhidin yaşadığı küçəyə asfalt vurulması ilə bağlı layihənin icra ediləcəyi barədə verilən sözün artıq icrasına başlanılıb” – bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.
Sədr qeyd edib ki, artıq küçədə təmizlik, habelə hamarlama və bərkitmə işləri aparılır. Və bir neçə gün ərzində layihənin tam şəkildə icrası başa çatdırılacaqdır.
Sədr onu da qeyd edib ki, Maştağa bələdiyyəsi hər zaman
torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin
xatirəsini hər zaman uca tutur.
Xatıraldaq ki, şəhid
İlkin Babayev cəbhə xəttinin Ağdam rayonu istiqamətində erməni hərbi
birləşmələrinin təxribatının qarşısını alarkən 25 iyun 2017-ci ildə qəhrəmancasına
şəhid olub və Maştağa Şəhidlər
Xiyabanında dəfn olunub.
Belediyye.info
Rəylər
0 Rəy