Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-09-2026 , 17:42

95

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Maştağa bələdiyyəsi şəhid adını daşıyan küçəni asfaltlaşdırır”


“Maştağa bələdiyyəsində qəsəbənin şəhidi Babayev İlkin Oqtay oğlunun ailə üzvlərini keçirilən görüşdə şəhidin yaşadığı küçəyə asfalt vurulması ilə bağlı layihənin  icra ediləcəyi barədə verilən sözün artıq icrasına  başlanılıb” – bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, artıq küçədə təmizlik, habelə hamarlama və bərkitmə işləri aparılır. Və bir neçə gün ərzində layihənin tam şəkildə icrası başa çatdırılacaqdır.

Sədr onu da qeyd edib ki, Maştağa bələdiyyəsi hər zaman torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hər zaman uca tutur.

Xatıraldaq ki, şəhid  İlkin Babayev cəbhə xəttinin Ağdam rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən 25 iyun 2017-ci ildə qəhrəmancasına şəhid olub və   Maştağa Şəhidlər Xiyabanında dəfn olunub.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər