Maştağa bələdiyyəsində qəsəbənin xanım sakininin yubileyi qeyd edilib
Mənəvi dəyərlərini öz həyat yolu ilə yaşadan, zəhməti və ləyaqəti
ilə seçilən nümunəvi Maştağa qəsəbə sakini Kərimova Zenfira Balakişi qızının 90
illik yubileyi 25.05.2025-ci il tarixdə Maştağa bələdiyyəsinin inzibati
binasında kollektivin iştirakı ilə xüsusi ehtiramla qeyd olunmuşdur.
Ömrünün böyük bir hissəsini xalqa xidmətə, əməyə və cəmiyyətə
faydalı fəaliyyətə həsr edən Zenfira xanımın həyat yolu sadəcə illərin deyil, zəngin
təcrübənin, sədaqətin və vətəndaş məsuliyyətinin parlaq təcəssümüdür. O, bələdiyyənin
yarandığı ilk illərdən bu günədək nümunəvi vergi ödəyicisi kimi göstərdiyi
prinsipial mövqe ilə yerli özünüidarəetməyə dəstək verən, cəmiyyət üçün
etibarlı və dəyərli bir vətəndaş kimi daim seçilmişdir.
Tədbir çərçivəsində Zenfira Balakişi qızına Maştağa bələdiyyəsinin
“Təltifnamə”si təqdim edilmiş, onun keçdiyi şərəfli həyat yolu, yüksək mənəvi
keyfiyyətləri və insanlara aşıladığı dəyərlər xüsusi vurğulanmışdır. Qeyd
edilmişdir ki, belə insanlar zamanın sınağından çıxmış canlı tarix, cəmiyyətin
yaddaşı və gələcək nəsillər üçün örnək həyat məktəbidir.
Maştağa bələdiyyəsi olaraq belə dəyərli sakinlərimizin əməyini yüksək qiymətləndirir, Zenfira xanıma möhkəm can sağlığı, uzun ömür və ailə səadəti arzulayırıq.
Sabunçu rayonu, Maştağa bələdiyyəsi
Rəylər
0 Rəy