Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-05-2026 , 18:29

109

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Maştağa bələdiyyəsində qəsəbənin xanım sakininin yubileyi qeyd edilib


Mənəvi dəyərlərini öz həyat yolu ilə yaşadan, zəhməti və ləyaqəti ilə seçilən nümunəvi Maştağa qəsəbə sakini Kərimova Zenfira Balakişi qızının 90 illik yubileyi 25.05.2025-ci il tarixdə Maştağa bələdiyyəsinin inzibati binasında kollektivin iştirakı ilə xüsusi ehtiramla qeyd olunmuşdur.

Ömrünün böyük bir hissəsini xalqa xidmətə, əməyə və cəmiyyətə faydalı fəaliyyətə həsr edən Zenfira xanımın həyat yolu sadəcə illərin deyil, zəngin təcrübənin, sədaqətin və vətəndaş məsuliyyətinin parlaq təcəssümüdür. O, bələdiyyənin yarandığı ilk illərdən bu günədək nümunəvi vergi ödəyicisi kimi göstərdiyi prinsipial mövqe ilə yerli özünüidarəetməyə dəstək verən, cəmiyyət üçün etibarlı və dəyərli bir vətəndaş kimi daim seçilmişdir.

Tədbir çərçivəsində Zenfira Balakişi qızına Maştağa bələdiyyəsinin “Təltifnamə”si təqdim edilmiş, onun keçdiyi şərəfli həyat yolu, yüksək mənəvi keyfiyyətləri və insanlara aşıladığı dəyərlər xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, belə insanlar zamanın sınağından çıxmış canlı tarix, cəmiyyətin yaddaşı və gələcək nəsillər üçün örnək həyat məktəbidir.

Maştağa bələdiyyəsi olaraq belə dəyərli sakinlərimizin əməyini yüksək qiymətləndirir, Zenfira xanıma möhkəm can sağlığı, uzun ömür və ailə səadəti arzulayırıq.

Sabunçu rayonu, Maştağa bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
1388