Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-10-2025 , 11:40

606

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Sumqayıtda Qurd dərəsi massivində geniş iməcilik aksiyası keçirilib

Sumqayıt şəhərində abadlıq və təmizlik işləri davam etdirilir.

Şəhər İcra Hakimiyyətinin 4 nömrəli İcra nümayəndəliyi və Sumqayıt Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Qurd dərəsi  yaşayış massivində geniş iməcilik aksiyası keçirilib.

Aksiya çərçivəsində ərazidə məişət tullantıları yığışdırılıb, yaşıllıq sahələri təmizlənib, ağacların budanması və yeni ağacların əkilməsi həyata keçirilib. Həmçinin, zibil konteynerləri yenilənib, yolların kənarları və səkilər bərpa olunub.

İməcilikdə 4 nömrəli İcra nümayəndəliyinin və bələdiyyə əməkdaşları fəal iştirak ediblər. Onlar birlikdə ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və daha təmiz mühitin formalaşdırılması istiqamətində çalışıblar.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu cür iməcilik aksiyaları şəhərin bütün ərazilərini əhatə etməklə mütəmadi şəkildə davam etdiriləcək. Məqsəd şəhərdə abadlıq, ekoloji təhlükəsizlik və estetik görünüşün qorunmasıdır.

Qeyd edək ki, Sumqayıtda son aylarda bir neçə yaşayış massivində oxşar təmizlik və abadlıq aksiyaları həyata keçirilib.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər