Şəmsi Əliyev Goranboy bələdiyyəsinin sədri seçilib
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Goranboy bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə bu günlərdə bələdiyyənin ilk iclası keçirilib.
İclasın sədri
olan bələdiyyənin üzvü Mətanət İbrahimova bələdiyyə üzvlərinin siyahısını elan
edib və ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin seçilməsi məsələnin
olduğunu qeyd edib.
Səsvermənin
nəticəsinə əsasən Goranboy
bələdiyyəsinin sədri vəzifəsinə
yekdilliklə Şəmsi Əliyev, Elçin Məmmədov və Yaşar Asifli isə Goranboy bələdiyyəsinin sədr müavini vəzifəsinə seçiliblər.
Qeyd edək
ki, Goranboy bələdiyyəsinin 13 nəfər üzvü var .
Sədr və sədr müavini bələdiyyə üzvlərinə
onlara göstərilən etimada görə, təşəkkürlərini
bildirməklə yanaşı bu etimadı doğrulıtmaq üşün var qüvvələri ilə
çalışacaqlarını bildiriblər.
Belediyye.info
Rəylər
0 Rəy