Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-07-2025 , 01:20

680

Son xəbərlər

Bütün xəbərlər

Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI

Gündəlik Xəbərlər
22-07-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

İlham Səfərov: “Büdcə gəlirlərindəki artım kollektivin birgə fəaliyyəti nəticəsində əldə olunub”

“Bələdiyyənin yarımillik fəaliyyəti üzv və qulluqçuların iştirakı ilə geniş müzakirə edilmişdir”-bu fikirləri Belediyye.infoya Şirvan bələdiyyəsinin sədri İlham Səfərov bildirib.

Görüşdə çıxış edən sədr İlham Səfərov bildirib ki,  bu gün Şirvan bələdiyyəsi şəhərdə vətəndaş məmnunluğunun həlli istiqamətində ciddi layihələr həyata keçirməkdədir. Hər bir  müraciəti diqqətdə saxlayan Şirvan bələdiyyəsi vətəndaşlara, xüsusəndə  maddi yardımların verilməsini, o cümlədən  sosial problemlərinin həll olunması ilə bağlı məsələləri daim nəzarətdə saxlayır.

Ötən dövrdə həyata keçirilən layihələrə toxunan sədr çıxışında bildirib ki, Qurban bayramı münasibətilə 35 nəfər şəhid, qazi və aztəminatlı ailələrin nümayəndələrinə ərzaq payları təqdim edilmiş, şəhid atasının vəfatı ilə bağlı dini mərasimlərin təşkili, dəfn xərcləri, qəbirüstü abidəsinin hazırlanması yerli büdcə vəsaiti hesabına  həyata keçirilmişdir.

Sədr çıxışında daha sonra qeyd edib ki,  Şirvan bələdiyyəsi mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Şəhər ərazisində abadlıq-quruculuq işlərinin aparılması istiqamətində məqsədyönlü işlər görülmüşdür. Şəhərin məhəllədaxili  yol infrastrukturunun yenilənməsi işlərində Şirvan bələdiyyəsi Şirvan ŞİH-in  həyata keçirdiyi layihələrə öz dəstəyini bu gündə göstərməkdə davam edir. Sədr bildirib ki, sakinlərin coxsaylı müraciətlərini nəzərə alaraq məhəllədaxili yolların təmiri mərhələli şəkildə bundan sonrada davam edəcəkdir. Şəhərin 1 may, İ.Qayıbov, M.Füzuli, N.Tusi, M.Müşviq, F.X.Xoyski küçələrində yolların hamarlanması və təmir-bərpa işləri aparılmışdır. Görülən işlərə əlavə olaraq sədr qeyd edib ki, şəhər qəbirstanlığında ötən dövr ərzində  abadlıq işləri aparılmış qəbirstanlığın ətrafı yabanı otlardan təmizlənmiş və ərazi daim diqqətdə saxlanılır.

Şirvan şəhər bələdiyyəsində bu gün  BAMS proqramında 9.147 əmlak vergi obyekti, 11380 torpaq vergi obyekti, 407 icarə obyekti qeydə alınmışdır. Ümumiyyətlə mövcud olan əmlakların bir hissəsinin sənədinin olmaması nəticə etibari ilə bələdiyyənin büdcə gəlirlərinə mənfi təsir göstərməkdədir. Bununla yanaşı son illərdə BAMS proqramının yenilənməsi, üstəlik Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasıya edilməsi bələdiyyə büdcəsində artımına ciddi təsir etmişdir. Sədr daha sonra qeyd edib: “Bələdiyyə büdcəsində  6 ay ərzində  ötən illə müqayisədə 44 faizlik artım müşahidə edilib. Kollektivimizin birgə fəaliyyəti ilə ilin sonunadək bütün qüvvələri səfərbər edib büdcə gəlirlərini artırmaq üçün daha da əzmlə çalışmalı və hər bir bələdiyyə üzvü və qulluqçusu bu istiqamətdə öz töhfəsini verməlidir. Büdcə gəlirlərindəki kifayət artım məhz bu birliyin nəticəsində əldə olunub.”

Görüşdə bələdiyyənin beynəlxalq əlaqələrinə də toxunulub. Bildirilib ki, Türkiyənin Manisa şəhərində keçirilən 485-ci Beynəlxalq Mesir Macunu Festivalında ölkəmizi Şirvan şəhərinin nümayəndə heyətini sədr İlham Səfərov  uğurla təmsil edib. Bununla yanaşı  Türkiyənin İstanbul şəhərinin Zeytinburnu Kültür ve Sanat Merkezinde  keçirilən Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə heyətinin toplantısında bələdiyyənin sədr müavini Samirə Abışova Azərbaycan nümayəndə heyətinin   üzvü kimi iştirak edib.

Görüşdə çıxış edən  bələdiyyənin üzv və qulluqçuları yekdilliklə bələdiyyənin altıaylıq hesabatının yüksək səviyyədə hazırlandığını qeyd ediblər. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər