Bələdiyyə 6 ay ərzində nəzərdə tutduğu sosial layihərin hamısını həyata keçirə bilməyib
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının
Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2025-ci ilin I
yarımilliyindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.
2025-ci ilin 6 ayı ərzində bələdiyyə 13 iclas keçirib. Daimi
komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 73 məsələ
salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə
olunmuş məsələlərdən 30-u icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə,
1-i şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və
bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 6-sı
maddi yardımlarla, 37-si təşkilati və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə bələdiyyəyə 582 ədəd ərizə və məktub daxil
olub. Bunlardan 31-i maddi yardımla, 88-i sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq üçün və 70-i fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması
ilə, 1-i tikinti və təmir işləri, 392-si arayış və məlumatlar almaqla bağlı
müraciətlər olub.
Maddi yardımla bağlı müraciət edənlərdən 7 nəfərə pul
yardımı edilib, digərlərinə Qurban payı verilib. Sahibkarlıq fəaliyyəti ilə
bağlı müraciət edənlərdən 44 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri
ilə məşğul olmaq üçün icazə verilib, 6 nəfərin icarəsinə, 5 nəfərin mülkiyyətinə
torpaq sahələri ayrılıb. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq
sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 1 nəfər üçün qərar qəbul
edib.
392 nəfər arayış və məlumatla bağlı müraciət edib və bu
müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq,
vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar verilib.
Bələdiyyə sədri tərəfindən
83 nəfər qəbul edilib, qaldırılan məsələlərlə bağlı bələdiyyənin müvafiq şöbələrinə
tapşırıqlar verilib.
Hesabat dövründə bələdiyyəyə rəsmi orqanlardan 242 ədəd sənəd
və məktub daxil olub. Onlardan 47-si Mərkəzi İcra Hakimiyyətlərindən, 35-i
yerli İcra Hakimiyyətindən, 160-ı müxtəlif
idarə və təşkilatlardan göndərilib. Məktublara qanunvericiliyin tələb etdiyi
müddətdə cavablar verilib. Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsindən,
Bələdiyyələrlə İş Mərkəzindən göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli
sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə
göndərilb.
2025-ci ilin 6 ayı ərzində bələdiyyənin gəlirləri 139399.69
manat olub. 01.01.2025-ci ilə ötən ildən 34787.55 manat xərclənməmiş vəsait qalıb.
Gəlirlər
aşağıdakı mənbələrdən formalaşıb:
-fiziki şəxslərdən
torpaq vergisi 5584.13 manat;
-fiziki şəxslərdən
əmlak vergisi 15066.29 manat;
-bələdiyyə
tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər
xidmətlərə görə ödəniş 4746 manat;
-bələdiyyə ərazisində
mehmanxana, sanatoriya-kurort və turizim xidmətləri göstərən şəxslərdən alınan
ödəniş 1915 manat;
- bələdiyyyə
ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və
ya müvəqqəti dayanacaqlardan ödəniş 1595 manat;
-bələdiyyə əmlakının
satışından daxil olan gəlirlər 28300
manat ;
-icarəyə
verilmiş torpaq sahələrindən alınan icarə haqqı
65313.27 manat;
-icarəyə
verilmiş əmlakdan icarə haqqı 6000
manat;
-bələdiyyənin
digər fəaliyyətindən (“Dəfn mərasimi” xidmətləri sahəsindən) gəlirlər
10880 manat olub.
Hesabat
dövründə bələdiyyənin xərcləri 158239.90 manat olub. Xərclərin istiqamətləri
aşağıdakı kimidir:
-əmək haqqı
və onunla bağlı sair ödəmələrə 98159.47
manat;
-əmək
haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığortalar) 33991.31 manat;
-əmək
haqqına aid olan digər tutulmalara 3418.91 manat:
-dəftərxana
ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına
1788.17 manat;
-nəqliyyat
xidmətləri haqqının ödənilməsinə 125
manat;
-rabitə
xidmətləri haqqının ödənilməsinə 1092.48
manat;
-ezamiyyə xərclərinə
419.50 manat;
-İnventar və
avadanlığın alınmasına 1087.80 manat;
-qaz sərfi
haqqının ödənilməsinə 56 manat;
-su və
kanalizasiyadan istifadə haqqının ödənilməsinə 60 manat;
-abadlıq və
tikinti işlərinə 856.37 manat;
-maddi
yardımlara 9000 manat;
-bank xidmətlərinə
661.29 manat;
-mətbuata
abunə xərclərinə 537.60 manat;
-sair xərclərə
( Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, reyestr idarəsinə, arxiv
idarəsinə, audit yoxlamasına, bələdiyyə saytının abunə xərci, dövlət rüsumu, hərracların
təşkili mərkəzinə, mütəxəssis rəyinin alınmasına və s.) 6986 manat vəsait xərclənib/.
2025-ci
ilin 6 ayı ərzində Mingəçevir bələdiyyəsi tərəfindən bir sıra tədbirlər həyata
keçirilib:
-20
Yanvar və Xocalı soyqırımının qurbanlarının xatirələri yad edilib, müvafiq abidələr
ziyarət edilib.
-Milli
Qəhrəman Dilqəm Nağıyevin anım gününün keçirilməsinə maddi dəstək verilib.
-Beynəlxalq
Qadınlar Günü və Novruz bayramı münasibəti ilə bələdiyyədə tədbir keçirilib.
-Novruz
bayramına həsr olunmuş şəhər tədbirinin keçirildiyi S.Vurğun meydanı, arka və
mozaikalar cari təmir edilib, iməclik keçirilib.
-“Korrupsiyaya
qarşı mübarizə tədbirlərinin gücləndirilməsi haqqında” Dövlət Proqramının
icrası ilə bağlı məlumatlandırma tədbiri olub.
-“Suverenlik
və Konstitusiya” ili ilə əlaqədar məlumatlandırıcı “Dəyirmi Masa” təşkil olunub
və ağacəkmə kampaniyası keçirilib.
-Mingəçevir
Dövət Universitetində “Bələdiyyə könüllülüyü haqqında” infosessiya təşkil olunub.
-Bələdiyyə
üzvləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr
olunmuş elmi konfransda iştirak ediblər.
-Bələdiyyə
Ulu Öndərin xatirəsinə məktəblilər arasında şahmat turniri keçirib. Beş gün davam edən turnirdə 100-ə
yaxın gənc şahmatçı güclərini sınayıb. Ulu Öndərin doğum günündə qaliblər bələdiyyə
tərəfindən Fəxri Fərman və medallarla təltif ediliblər.
-Mingəçevir
Dövlət Üniversitetində keçirilən “İxtisas bələdçisi” forumuna təşkilatı dəstək
göstərilib.
-Respublikada
ilk dəfə olaraq, bələdiyyənin təşkilatçılığı ilə 31 may-
1 iyun
tarixlərində I Mingəçevir Kitab sərgisi keçirilib. Sərgi Uşaqların Beynəlxalq
Müdafiəsi gününə həsr olunub. Sərgiyə
30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılıb, 10 minə yaxın kitab nümayiş
edilib.
Kitab sərgisində
fəallıq göstərən bələdiyyənin könüllüləri bələdiyyə və Azərbaycan Nəşriyyatları
Assosiasıyası tərəfindən mükafatlandırılıblar.
- Bələdiyyədə
təcrübə keçən MDU-nun tələbələrinə sertifikatlar verilib.
-Ədliyyə
Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin əməkdaşları bələdiyyə üzv və
qulluqçularının iştirak ilə seminar-müşavirə keçiriblər.
-Turizmin
inkişafı üçün Mingəçevir bələdiyyəsi ilə Mingəçevir Regional Turizm İdarəsi
arasında birgə fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb.
Bələdiyyə sədrinin
və üzvlərinin iştirakı ilə 6 ay ərzində müxtəlif görüşlər təşkil olunub: şəhər
İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla, Milli Məclisin deputatı Aydın
Mirzəzadə ilə, şəhid ailələri ilə, qazilərlə, şəhər Ağsaqqaları Şurasının üzvləri
ilə, idmançı Rövşən Xəlilovla, bələdiyyənin könüllüləri ilə, məhəllə komitələri
ilə (A.Məmmədov küçəsi 6/1, Naxçıvan küçəsi 48, N.Nərimanov pr 45, N.Nərimanov
pr 44, Ş.İ.Xətai küçəsi 14 saylı binaların sakinləri ilə) maraqlı görüşlər
olub.
Hesabat
dövründə əhalinin həssas qruplarına müxtəlif cür yardımlar edilib: Qurban bayramı ilə əlaqədar şəhid
ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız ailələrə 500 kq qurban əti
paylanıb.
Şəhid ailəsi
Telman Nağıyevə 100 manat, 1-ci qrup əlil İmamverdiyev Mübarizə 50 manat, 2-ci
qrup əlil Əlixan Əliyevə 50 manat, bələdiyyə qulluqçusu, fəhlə Rəfail Məmmədova
100 manat maddi yardım edilib.
Şəhid ailələri Oruc Əhmədova və Buluş Elyasovaya şəhid
bulaqlarının yanına qoyulması üçün hər birinə 2 ədəd oturacaq verilib.
Bələdiyyə 20 Yanvar küçəsi 18,20,22 saylı binaların
qarşısındakı mini-parkda yenidənqurma-abadlıq işləri aparıb. Belə ki, yararsız
vəziyyətə düşmüş parkda oturacaqlar təmir olunaraq rənglənib, idman qurğuları
yenilənib, mini-futbol meydançası və qurğuların yerləşdiyi sahə asfaltanıb, yeni
kölgəlik qoyulub, ağaclar budanıb, ərazi abadlaşdırılaraq sakinlərin istifadəsinə
verilib.
Qeyd edirik ki, bələdiyyə 6 ay ərzində nəzərdə tutduğu
sosial layihərin hamısını həyata keçirə bilməyib. Buna əsas səbəb bələdiyyə əmlakının
satışından daxil olan gəlirlərin kəskin şəkildə azalmasıdır. Ödəniş və vergilər,
xüsusən əmlak vergisi istənilən səviyyədə yığılmayıb.
Əminik ki, bundan sonra qarşıya çıxan problemləri aradan
qaldıraraq daha çox yerli əhəmiyyətli məsələlərin həlli üçün bələdiyyə üzv və
qulluqçuları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcək,
potensiallarından tam istifadə edəcəklər.
Mingəçevir
bələdiyyəsi
Rəylər
0 Rəy