Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-07-2025 , 00:29

1563

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tüləkəran kəndində sosial-iqtisadi təşəbbüsə dəstək

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Tüləkəran kəndində Tüləkəran bələdiyyəsi tərəfindən yaradılmış Tüləkəran "Təmiz Kənd" MMC-nin fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Müəssisənin yaradılması üçün 2024-cü ildə dövlət büdcəsindən 356.865 manat məbləğində subvensiya ayrılmışdır. Layihə çərçivəsində 7 nəfər kənd sakini daimi işlə təmin olunmuşdur. Hal-hazırda müəssisədə 125 baş damazlıq keçi saxlanılır və heyvanların adaptasiya dövrü davam edir.
2026-cı ilin əvvəllərindən etibarən müəssisədə gündəlik 4 ton süd istehsalı nəzərdə tutulur.
Bələdiyyələrin sosial-iqtisadi təşəbbüslərinin dəstəklənməsi istiqamətində dövlət tərəfindən göstərilən maliyyə və institusional yardım yerli inkişafın mühüm dayağıdır.
İcra başçısı görülən işləri müsbət qiymətləndirərək kənd yerlərində bu cür layihələrin məşğulluğun artırılması və yerli istehsalın təşviqi baxımından vacibliyini vurğulamışdır.
Quba Rayon İcra Hakimiyyəti kənd təsərrüfatı və ekoloji yönümlü təşəbbüslərə dəstəyini davam etdirəcək.
Quba Rayon İcra Hakimiyyəti 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər