Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-07-2025 , 19:06

1725

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 Büdcə gəlirimizi 79 faiz artıra bilmişik

 Prezident  İlham Əliyevin rəhbərliyi altında inkişafın Azərbaycan modeli sınaqlardan uğurla çıxmaqda və ölkəmizin gələcək inkişaf perspektivləri baxımından qarşıda yeni imkanlar açmaqdadır. Möhtərəm Prezident İlham Əliyevin əməli fəaliyyətə söykənən qalib və uğurlu lider obrazı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Məhz bu uğurlu siyasətin davamı olaraq Böyük Zəfərdən sonra suveren Azərbaycan özünün quruculuq və inkişaf dövrünü yaşayır. Azərbaycan nəinki Cənubi Qafqazda, bütün dünyada söz sahibi ölkələrdən birinə çevrilib. Təkcə ərazi bütövlüyümüzün tam pərpa olunmasını deyil, həm də milli kimliyimizi, birliyimizi ifadə edən suverenlik və dövlətçilik anlayışlarının möhkəmlənməsi məqsədilə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də qarşıda yeni strarteji hədəflərə doğru ölkəmizin inamla addımladığının sübutudur.

Azərbaycanda həyata keçirilən demokratik, siyasi və digər islahatlarla paralel olaraq yaradılan bələdiyyələr də ölkənin inkişafına, yerli məsələlərin həll olunmasında öz töhfələrini verməyə çalışır.

Qax bələdiyyəsi də “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun və Qax bələdiyyəsinin Nizamnaməsinin tələblərinə müvafiq olaraq hesabat dövrü ərzində fəaliyyət göstərmişdir. 

2025-cü ilin 6 ayı ərzində Qax bələdiyyəsinin gəlirləri 53404 manat olmuşdur. Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur.

Sıra sayı          M ə z m u n u  İcra olunmuşdur

I.Gəlirlər

1.         Daxil olub torpaq satışından 17115.

2.         Daxil olub əmlak vergisi        21187

3.         Torpaq vergisindən     7967.

4.         Dəfn rüsumu   2550

5.         Xeyir- şər mağarından icarə haqqı     2060.

6.         Sahibkarlıq obyektindən icarə haqqı 2460

7.         Dotasiya          -

8.         Mehmanxana rüsumu 15.00

9.         Səyyar ticarət xidmətindən    -

10.       İanə     50

            CƏMİ: 53.404

2025-cü ilin 6 ayı ərzində ümumi gəlir  79 % artmışdır.

2025-ci ilin 6 ayında əmlak vergisindən 2187 manat, torpaq vergisindən 7967 manat toplanmışdır. 2024-ci ili illə müqayisədə əmlak (7431 manat) və  torpaq vergilərinin (1393.00 manat) toplanmasında  artım olmuşdur. Lakin yerli vergilərin toplanmasında yenə də istədiyimiz nəticəni əldə edə bilməmişik. Azərbaycan Respublikası “Vergilər Məcəlləsi” nə edilmiş dəyişikliklərə əsasən 2015-ci il yanvarın      1-dən etibarən yerli vergilər mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyə büdcəsinə ödənilməlidir. Belə ki, vətəndaşlara bildirişlər təqdim olunsa da, onlar poçt vasitəsilə vergi borclarını ödəməkdən yayınırlar. Bununla əlaqədar BAMS proqramında yeni  sistem yaradılmışdır. Bu sistem vergidən yayınma hallarının qarşısını alır.

Hesabat dövründə bələdiyyənin xərcləri ümumilikdə  52743        manat təşkil etmişdir.

II-Xərclər

1.         Verilib işçilərə əmək haqqı və məzuniyyət xərci (01.01.2024-ci ilə qalmış əməkhaqqı borcu 12263.00 manat olmaqla ödənilmişdir) 25831

2.         D.S.M.F-na ə/h-dan ayırma ( 22% , 1% tibbi sığorta,  0.5 % işsizlik)         9783

3.         Əmək haqqından tutulan (gəlir vergisi, S.Q.Y.F, həmkarlar, 3% sosial ayırma, tibbi sığorta YAP, işsizlik)            3822

4          Aztelekoma xidmət haqqı      470.

5          Azərişıq A.S.C-nə xidmət haqqı        350.

6          Azəriqaz İB-ə xidmət haqqı   416

9      Bank və poçt xərcləri  217

10        İmkansız ailələrə yardım        986.

11     Torpaq satışından daxil olmuş vəsaitin geri qaytarılmasına  4110.

12        ŞBMA-na üzvülük haqqı       200

13        İdarə maşınlarının saxlanılması xərci            1232

16      Təmir və abadlıq işlərinə        1282

18       Abunə yazılışına         134.

23        Onlayn xidmət haqqı  1600.

24        Qəbristanlıqda təmir işlərinin aparılması                       860

26        Şəhid və qazi ailələrinə yardım         500

33        BAMS reystrdən çıxarışların alınması üçün karta vəsaitin  köçürülməsinə 600.

            CƏMİ: 52743.

         01.07.2025-ci ilə yerli büdcə qalığı: 1097. 00 manat.

Hesabat dövrü ərzində maliyyə imkanlarımız əsasında bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini  təmin etmişik.

- Bələdiyyə Vətən müharibəsi şəhidləri, qazilərə  və onların ailələrinə həm maddi, həm də mənəvi dəstək göstərməyə çalışmış, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün həyətyanı torpaq sahələrinin ayrılmasına köməklik göstərməyə çalışmışdır. I və II Qarabağ şəhidlərinin  ailələrinə, qazilərə, ümumilikdə 500  (beş yüz) manat, aztəminatlı ailələrə isə 986 (doqquz yüz səksən altı) manat olmaqla, ümumilikdə 1486 (bir min dörd yüz səksən altı) manat məbləğində yardım edilmişdir.

- “Heydər  Əliyev  parkı”nda yaşıllıqların və ağacların  suvarılmasına, təmir və abadlıq işlərinin görülməsinə 1632 (bir min altı yüz otuz iki) manat,

2025-ci ilin 6 ayında bələdiyyənin 8 iclası keçirilmişdir. İclasların gündəliyinə 28 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. İclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib. Qəbul edilən qərarların icrası təmin edilmişdir. Bələdiyyənin fəaliyyətinə inzibati nəzarət haqqında 6.0 və 6.8 maddələrinə uyğun olaraq bütün protokollar vaxtında Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə İdarəsinə göndərilmişdir və vahid bələdiyyə portalında yerləşdirilmişdir. Bələdiyyədə 2025-ci ilin 6 ayı  ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa  uyğun qayadada aparılmışdır. Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmaqla nöqsan və çatışmazlıqları aradan qaldırmaq üçün bir sıra zəruri olan tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir. 2025-cü ilin 6 ayı  ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 126 ədəd ərizə  daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım olunması, təhlükə yaradan ağacların budanmasına icazə verilməsi, mülkiyyətə torpaq sahəsinin ayrılması  ilə bağlı olmuşdur. Müraciətlərin əksəriyyəti əsasən həll edilmişdir. Qax şəhərinin genişləndirilməsi ilə əlaqədar ayrılmış torpaq sahələrinin təyinatının dəyişdirilməsi başa çatmadığı üçün həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı müraciətləri təmin etmək mümkün olmamışdır.

2025-cü ilin 6 ayı ərzində 85-dən çox vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir. İl ərzində yerli vergi ödəyicilərinə tədiyyə bildirişləri paylanmışdır.

2025-cü ilin 6 ayı  ərzində 68 nəfər vətəndaşımız bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müxtəlif şifahi müraciətlərin əksəriyyəti komissiyalar, bələdiyyə qulluqçuları tərəfindən araşdırılaraq həllini tapmış və ya əlaqədar qurumlara yönəldilmişdir.

2025-cü ilin 6 ayı  ərzində bələdiyyəyə rəsmi orqanlardan 79 ədəd sənəd daxil olmuşdur. Sənədlərə aiddiyatı üzrə vaxtında tərəfimizdən cavab verilməsi təmin edilmişdir.

Təəssüf ki, obyektiv səbəblərdən bələdiyyəmiz icrasını planlaşdırdığı bir çox işi həyata keçirə bilməmişdir. Ancaq 2025-ci ilin axırına kimi ümid

edirik ki, bir çox məsələlər öz həllini tapacaqdır. Bundan sonrakı fəaliyyətimizi ölkə rəhbərinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quracağıq. Növbəti hesabat dövründə buraxılmış nöqsanları da aradan qaldırmaqla seçicilərin ərizə, şikayət, təkliflərinə daha həssaslıqla yanaşacaq, bələdiyyəyə əlavə, dayanaqlı gəlir mənbələri axtaracaq, seçicilərin qüvvəsindən bələdiyyənin idarə olunmasında səmərəli istifadə edəcək, gələcək hesabatlarda seçicilər qarşısına daha uğurlu nəticələrlə çıxmağa çalışacağıq.

E.X.Orucov

Qax Bələdiyyəsinin sədri                             



 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər