Günel Ağayeva: “Bu gün vergi xidmətinin əsas məqsədi BAMS-ın verdiyi imkandan istifadə etməklə büdcə gəlirlərini artırmaqdır”
“Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinin 2025-ci ilin birinci yarımili ərzində büdcə gəliri 35.339 təşkil edib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Günel Ağayeva bildirib.
Sədr bildirib ki, torpaq vergisi üzrə cari ildə 11.749 manat, əmlak vergisi üzrə
3.570 manat vəsait daxil olub. Bu müddət ərzində bələdiyyə büdcəsinə 6.342 manat mehmaxana rüsumü
daxil olub. Ötən altı ay ərzində daxil olan icarə haqqlarının həcmi isə 48
manat təşkil edib.
Sədr qeyd edib ki, əldə edilən vəsaitin 4.780
manatı maddi yardımlara, 1.755 manatı kəndin abadlıq işlərinə, 455 manatını qəbirstanlığın
təmizliyinə xərclənib.
Sədr bir məqamı da qeyd edib ki, əldə
olunan vəsaitin 13.630 manatı ötən ildən qalan qalıq vəsait olub. Hazırda bələdiyyə büdcəsində 14 min manatdan
artıq vəsait var.
Bu gün vergi xidmətinin əsas məqsədi BAMS-ın verdiyi imkandan istifadə
etməklə büdcə gəlirlərini artırmaqdır.
Bunun üçün həm çıxarışların alınması ilə yanaşı, həm də SMS xidmətindən istifadə etməyə çalışırıq.
Belediyye.info
Rəylər
0 Rəy