Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-07-2025 , 21:06

777

Son xəbərlər

Bütün xəbərlər

Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI

Gündəlik Xəbərlər
22-07-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Bələdiyyə sədri: “Qeyd olunan işlər məhdud büdcə gəlirləri ilə həyata keçirilmişdir”

“Küpçal-Dağlı bələdiyyəsinin bu gün əsas vəzifəsi seçicilərinin qaldırdığı problemlərin həllinə çalışmaqdır”- bu sözləri  Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmirzəyev  deyib.

Sədr qeyd edib ki,  cari ilin altı ayı ərzində  bələdiyyənin keçirdiyi yeddi iclasda bir sıra təşkilatı məsələlərlə yanaşı, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə olunaraq qəbul olunub. Birinci yarımil ərzində bələdiyyənin təsdiq olunmuş iş planına əsasən bələdiyyə ərazisində yerləşən 8 qəbiristanlıqlara iməcliklər təşkil olunmuş, təmizlik və  abadlıq işləri aparılmışdır.  Dağlı kənd qəbirstanlığına əhalinin iştirakı ilə su xətti çəkilmişdir.

Quba-Qusar, Dağlı-Küsnət istaqamətində magistral yolların kənarları təmizlənmiş, ərazi alaq və yabani otlardan təmizlənmiş və ağaclar ağardılmışdır. Bununla  bərabər bələdiyyə ərazisində məişət tullantılarının atılması üçün urnalar tikilmiş, yığılmış tullantılar təsdiq olunmuş qrafikə uyğun olaraq daşınması və zərərsizləşdirilməsi həyata keçirilməkədir. Görülən işlərə dəsətk verilməsi üçün bələdiyyə tərəfindən bir ədəd özüboşaldan yük avtomobili də alınmışdır.

Dağlı və Qələdüz kəndlərində mövcud olan subartezian quyularının yanmış su nasosları yeniləri ilə əvəz olunmuşı da bələdiyyənin həyata keçirdiyi işlərdəndir.

Bələdiyyənin həyata keçirdiyi işlərdən biri də Dağlı kəndində 600 tonluq su anbarı təmizlənmiş və dezinfeksiya olunmasıdır.  Bununla yanaşı Qələdüz kəndində Seyfəlqala adlanan ərazidə içməli su probleminin həlli istiqamətində  24 tonluq su çəni quraşdırlımışdır.

Cari ildə ərazidə baş vermiş güclü yağışlar nəticəsində zərər çəkmiş Dağlı, Küsnət və Qımıl kəndləri içməli su ilə təmin edən 120 mm diametrli su xətti əsaslı təmir olunmuş və sakinlərin istifadəsinə verilmişdir.

Sel nəticəsində dağılmış kəndarası yollarda cari təmir işləri aparılması da bələdiyyənin həyata keçirdiyi layihələrdəndir. Sədr açıqlamasında bildirib ki, Dağlı kəndində əkin və bağ sahələrinə gedən 6 km uzunluğunda yol əsaslı təmir olunmuşdur.

Cari ilin altı ayı ərzində  bələdiyyə tərəfindən şəhid və qazi ailələri daim diqqət mərkəzində saxlanılmış, doğum və anım günləri ilə əlaqədar olaraq kənd sakinləri, ictimaiyət nümayəndələri və din xadimlərinin iştirakı ilə tədbirlər keçirilmişdir.

Qımıl kəndində Şəhid Mirzəyev Nuran Akif oğlunun xatirə stendi hazırlanmış və hazırda ətrafında xatirə kompleksinin tikintisi aparılır. Qımıl kəndində birincin Qarabağ Şəhisi Tahirov Alimşah Əmirşah oğlunun xatirə stendi hazırlanaraq quraşdırılmışdır.

Sədr onu da xüsusilə vurğulamışdır ki, qeyd olunan işlər məhdud büdcə gəlirləri ilə həyata keçirilmişdir.

Sonda sədr vergi ödəyicilərinə müraciət edərək bələdiyyəyə olan vergi və ödənişləri vaxtında ödəmələrini xahiş etnişdir.

Belediyye.info

Bələdiyyənin yeni loqosu 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər