İclas bələdiyyə
üzvlərinin iştirakı ilə baş tutub
“Ağalıq bələdiyyəsində üzvlərin iştirakı ilə bələdiyyənin altıaylıq fəaliyyəti müzakirə olunub”- bu fikriləri adıçəkilən bələdiyyənin sədri Elnur Beybalayev deyib.
Bələdiyyənin altıaylıq fəaliyyəti ilə bağlı məqamlar üzvlər tərəfindən birmənalı şəkildə qəbul edilib.
Sədr Elnur Beybalayev hazırda bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri vergi yığımı ilə bağlı məqamları sürətləndirmək və digər isə ərazidə təmizlik işlərinin aparılmasına nail olmaqdır. Hazırda Təzəkənd və Ağalıq kəndlərində maşın-mexanizmlərin dəstəyi ilə ərazidə təmizlik işləri aparılmaqdadır.
Təzəkənd qəbirstanlığında zibil quyular təmizlənərək genişləndirilib. O cümlədən hər iki kənd ərazisində yeni tullantı quyuları qazılaraq istifadəyə hazır vəziyyətə gətirilib.
İclasda iştirak edən hər bir üzv öz təklif və tövsiyələrini veriblər.
İclas başlamamışdan əvvəl isə bələdiyyə üzvlərinin vəsiqələri paylanılıb. İclas sonda çay süfrəsi ilə davam edib.
Belediyye.info
Rəylər
0 Rəy