İki məktuba bir cavabın təhlili CİDDİ
İki məktuba bir cavabın təhlil CİDDİ
Yaradılacaq “Bələdiyyələrə
Dövlət Dəstəyi Fondu” nəyə xidmət edəcək?
Bu gün bələdiyyələrin böyük əksəriyyəti dövlət büdcəsində nəzərdə tutulmuş dotasiyanın ayrılmasını səbirsizliklə gözləyir. Hər bir sədr haqlı olaraq düşünür ki, əgər dövlət büdcəsindən bu vəsaitin ayrılması nəzərdə tutulubsa niyə ləngiməlidir? Axı, hər bir bələdiyyədə həllini gözləyən problemlər var. Odur ki, bu vəsaitin bir çox bələdiyyələrə məqamında ayrılması daha məqsədəuyğun olardı. Beləliklə, bu yazıda söhbətin nədən getdiyini hiss etdiniz.
Sual
olunur bələdiyyələrə dotasiya və subvensiyanın bu “səviyyədə” ayrılmasına necə
baxırsınız?
Beləlliklə,
cari ildə yerli
(bələdiyyələr) büdcələrə verilən dotasiyanın həcmi 7. 5 milyon manat, yerli
(bələdiyyələr) büdcələrə verilən subvensiyanın həcmi isə 1.550.000 manat həcmində olması nəzərdə
tutulub. Ancaq hələ də prosesin icrasından xəbər yoxdur. Belə başa düşmək olar
ki, yaxın gələcəkdə dotasiya verilsə də, subvensiyanın verilməsi sual altında
qalacaq.
Bununla bağlı
bəzi əldə etdiyim məqamları sizlərlə bölüşmək istərdim.
***
Ötən ilin 18
sentyabr tarixində Maliyyə nazirinin adına ünvanladığım məktuba təəssüf edirəm ki, hələ də cavab
verilməyib. Dəfələrlə danışmağıma,
telefon əlaqəsi yaratmağıma baxmayaraq suallarıma cavab ala bilməməyimə çox
təəsüfləndim. Mən bu məqamı özümə qarşı hörmətsizlik kimi qəbul etsəm də,
əslində vətəndaş müraciətiniə bu cür yanaşma biabırçılıqdır. Bu münasibətlə əslində cənab
Prezidentin söylədyi “məmur xalqın xidmətçisidir” fikrinin Maliyyə Nazirlyində
tam əksini gördüm.
Necə ola bilər
ki, nazirliyə sorğu göndərəsən, arada zəng edib sorğunun hansı vəziyyətdə
olmasını da soruşasan, nəticədə cavab ala bilməyəsən. Nə isə...
Cənab Sahil
Babayevin təyinatından sonra müəyyən mənada vəziyyətin düzələcəyinə inamım
artdğından 02.06.2025- ci il tarixində nazirliyə yenidən eyni məzmunda məktub
göndərmək qərarına gəldim. Məktubu şəxsən nazirliyə təqdim etdiyimdən, məhz bir
ayın tamamında məktuba cavab gözləsəmdə altı
gün gecikmə ilə 09 iyun tarixində məktubuma cavab aldım. Çox sevindim ki,
nazirliklə artıq irəliləyiş var imiş. Lakin cavabı oxuduqca sanki fikrimdə
yanıldığımı hiss etdim.
Mən sualları
yenidən yazıram və əlavə olaraq nazirliyin cavabını bu yazıya əlavə edirəm.
Beləliklə sualları təqdim edirəm:
1) Bələdiyyələrə subvensiya layihələrinin icrası üçün dövlət
büdcəsindən maliyyə vəsaiti hansı şərtlər daxilində ayrılır və bu günədək neçə
bələdiyyənin subvensiya layihəsinə maliyyə vəsaiti ayrılıb?
2) Bu günədək subvensiya layihələrinin icrası ilə bağlı nazirlik
tərəfindən monitorinq aparılıbmı? Yəni nazirlikdə bu layihələrin icra vəziyyəti
ilə bağlı məlumat varmı?
3) Subvensiya layihələrinə maliyyə ayrılarkən daha çox hansı
məqamlara üstünlük verilir? Yəni layihənin bələdiyyələr üçün dayanıqlı maliyyə
mənbəyi olması nəzərə alınırmı?
4) Bələdiyyələrə subvensiya və dotasiya ayrılarkən şəffaflığın
qorunması üçün nazirlik tərəfindən hansı addımlar atılır?
5) Cari ildə bələdiyyələrə dotasiyanın və subvensiaynın ayrılması
hansı mərhələdədir?
6) Bələdiyyələrə dotasiyanın və subvensiyanın ayrılması ilə bağlı
nazirlik növbəti illərdə hansı yenilikləri tətbiq etmək niyyətindədir?
İndi isə gəlin cavab məktubuna diqqət yetirək:
Sizin 02 iyun 2025-ci il tarixində Maliyyə Nazirliyinə ünvanaladığınız
dövlət büdcəsindən bələdiyyələrlə ayrılan dotasiya və subvensiya ilə bağlı
informasiya sorğunuz adidiyyəti üzrə baxılmışdır.
Bildiririk ki, “Büdcə sistemi haqqında AR Qanunun 32.2.2 maddəsinə
müvafiq olaraq dövlət büdcəsindən subvensiya almaq istəyən bələdiyyələr həmin
maddədə nəzərə tutulmuş sənəd və məlumatları Maliyyə Nazirliynə təqdim etdikdən
sonra həmin sənədlərə muvafiq olaraq subvensiyanın bölgüsünə dair müvafiq
layihə hazırlanaraq Nazirlər Kabinetinə
təqdim olunur. Vəsaitin bölgüsü təqdim olunmuş layihəyə uyğun olaraq
Nazirlər Kabineti müvafiq sərəncamı ilə
rəsmiləşdirilir. Bölgüyə dair müvafiq sənədləşmənin aparılması zamanı şəffalıq
tam təmin edilməklə Maliyyə Nazirliyinin aiddiyyəti işçiləri ilə bələdiyənin
hər hansı bir işçi arasında canlı təmas yaradılmır.
Dövlət büdcəsindən bələdiyyələrə ayrılmış subvensiyalıar Maliyyə Nazirliyi
yanında Dövlət Xəzinədarlıq Agentliyi
tərəfindən bələdiyyələrin təqdim etdikləri bank rekvizitlərinə uyğun
olaraq onların hesabına köçürülür.
Dövlət büdcəsində yerli büdcələr üçün nəzərdə tutulan dotasiya və
subvensiya hər ilin dövlət büdcəsi
haqqında qanunda ayrıca sətrlə göstərilir.
Dotasıyanın bölgüsü zamanı əhalinin sayı və imkanları az olan
bələdiyyələrə üstünlük verilməklə müvafiq qruplaşdırma aparılır. Onların
minimum maliyyə ehtiyacları və
xərclərinin tənzimlənməsi nəzərə alınır.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” AR
Qanunun3.1maddəsinə müvafuiq olaraq bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarəti müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirildiyinə görə qaldırılan məsələlər Maliyyə Nazirliyinin səlahiyyəti xaricindədir.
Əlavə olaraq qeyd edirik ki, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan
Respunblikasının bələdiyyələrin fəaliyyətinin təşkili və yerli özünidarəetmənin
tənzimləyən normativ hüquqi aktların
təkmilləşdirilməsi, o cümlədən yerli büdcələrə ayrılan dotasiya və subvensiya
ilə bağlı müraciətlərin hazırlanması, təqdimi, layihələrin qiymətləndirilməsi,
vəsaitlərin ayrılması ilə bağlı işlərin ekspertizası həyata keçirilmişdir. Qeyd
olunan müddəaların hər biri beynəlxalq ekspertlər tərəfindən təhlil olunaraq
dotasiya və subvensiya bölgüsünün səffaf və real aparıldığını təsdiqləmişdir.”
Maliyyə Nazirliyinin Aparat rəhbəri Natiq Həsənovun imzası ilə daxil
olan məktub xöşbəxtlikdən həm də elektron poçtuma daxil olub. Bunu həqiqətən
irəliləyiş hesab etmək olar.
Etiraf edim ki, sualları və ona yazılan cavab məktubunu bir neçə dəfə
oxudum. Və məni təəccüb bürüdü. Təəcübləndim və hardasa təəssüfləndim ki,
nazirlik niyə bu cavabla məktubu sanki bağlamış hesab edib. Axı zaman gələr,
yazılan hər bir sual və ona verilən cavab təhlil edilə bilər. Onda adam pis
vəziyyətdə qala bilər. Mən günahı hörmətli aparat rəhbərində görmürəm. Mən
aparat rəhbərinin savadlı və bacarıqlı şəxs olduğunu yaxşı bilirəm. Ona nə təqdim ediblərsə, o da qol çəkib. Demək,
günah sahibi məhz məktubu hazırlayan dövlət qulluqçusundadır ki, kimə hansı
formada cavab verilməli olduğunu hələ də öyrənməyib.
İndi isə keçək cavab məktubunun bəzi məqamlarına.
Mənim birinci sualımın ikinci hissəsində soruşulur ki, “bu günədək neçə bələdiyyənin subvensiya layihəsinə
maliyyə vəsaiti ayrılıb?”
Cavab verilməyib. Soruşmaq istərdim niyə? Nazirlik rəsmiləri indiyədək
ayrılan subvensiya layihələrinin sayını, məgər, bilmir. Bilirlər. Gözəl
bilirlər. Sadəcə əvvəlki illərdə hər il beş
bələdiyyəyə ayırdıqları subvensiya layihələri arasında üzə çıxarılası yoxdur.
Konkret.
Çünki bu günədək ayrılan 20-yə
yaxın subvensiya layihəsinin böyük əksəriyyəti konkret məqsədinə uyğun
ayrılmayıb. Yəni subvensiya layihəsinin məqsədi əslində bələdiyyələrə dayanıqlı
maliyyə mənbəyinin yaradılması olsa da, vəsaitin 70 faizi başqa istiqamətlər
üzrə ayrılıb.
Bu gün Nazirlik deyə bilərmi ki, 2024-cü ilədək ayırdıqları
subvensiya layihələrinin hansı biri bələdiyyəyə dayanıqlı maliyyə mənbəyi
yaradıb. Varmı? Konkret misal çəkilsin. Mən yalnız Mingəçevir və Xətai bələdiyyəsinə
ayrılan subvensiya layihəsini göstərə
bilərəm. Mingəçevir bələdiyyəsi tərəfindən yaradılan bazar hesabına bələdiyyə
büdcəsinə az da olsa vəsait daxil olur. Və birdə 2024-cü ildə Sabirabad və
Tüləkəran bələdiyyələrinə ayrılan subvensiya layihələrinin müəyyən mənada
bələdiyyəyə əlavə maliyyə gətirmək şansı olacağına inanıram.
Təəssüfedici faktdır ki, 2024-cü il üçün ayrılan layihənin birinin
vəsaiti bələdiyyə tərəfindən geri qaytarılıb. Daha bir layihənin maliyyə
vəsaitinin geri qaytarılması üzərində iş
gedir.
Beş layihədən ikisinin vəsaitinin geri qayıtması barədə dəyərli
beynəlxalq ekspertlərin xəbəri olmayıbmı. Beynəlxalq ekspertlər nazirliyə “dəyərli
rəyi” nəyə əsaslanıb verib, bax bu çox
maraqlıdır. Əslində nazirlik bu addımla özünü sığortalamaq istəyində olub.
Konkret. Özü də, o beynəlxaq ekspertlərin rəyi niyə inidyədək ictimailəşdirilməyib.
Nazirlik cavab məktubunda şəffaqlıqdan danışır, amma özü ona riayət etmir. Nə
isə keçək ikinci suala.
İkinci suala da cavab verilməyib. Niyə? Məgər nazirlik rəsmiləri
maliyyə ayırdıqları layihələrin icrası barədə məlumatsızdırlarmı? Qətiyyən, monitorinq
aparmağa heç ehtiyac da yoxdur. Ötən il dövlət büdcəsindən ayrılan 1.5 milyon
manatın aqibəti Maliyyə Nazirliyini niyə maraqlandırmayıb.
Təsəvvür edin ki, Maliyyə Nazirliyinin ayırdığı subvensiya
layihəsinin biri belə adlanır
“Bələdiyyənin balansında olan “ziyarətgaha” gedən yolun bərpası və
yenidən qurulması”. “Yolun bərpası və yenidən qurulması” fikrini necə başa
düşək. İkincisi, bələdiyyə dayanıqlı
maliyyə mənbəyini, fikrinizcə,
necə yaradıb və ya yarada bilər. Bəlkə ziyarətgaha gedən yol pullu olub
xəbərimiz yoxdur. Bu nə ad verəsən. Mən hələlik başqa məqamlara toxunmuram.
Üçüncü və dördüncü sualıma
sadəcə “yola verilən” cavab veriblər. Nazirlik rəsmiləri yazır ki, “Bölgüyə dair müvafiq sənədləşmənin
aparılması zamanı şəffalıq tam təmin edilməklə Maliyyə Nazirliyinin aiddiyyəti
işçiləri ilə bələdiyyənin hər hansı bir işçisi arasında canlı təmas
yaradılmır.”
“Canlı təmas yaradılmır” əvəzində başqa ölkələrin “teleqram” və “votsap” nömrələri ilə görüntülü
danışıqlar aparılır. Və deyildiyinə görə,
müəyyən qaranlıq məqamlar razılaşdırılır. Bu fikrə inanmasam da, mövcud
vəziyyət məni bu fikrə inamağa bir növ vadar edir. Olsun. Sözüm yoxdur. Amma şəffaflığın
qorunması “canlı təmasın” olmaması demək deyil. Sual edirəm, nazirlik subvensiya
və dotasiyaının ayrılması üçün bu qədər qaranlıq məqamlara son qoymaq üçün niyə və hansı səbəbdən elektron sistem qurmur? Və yaxud buna cəhd etmir? Necə
ola bilər ki, DİN, Ədliyyə nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi və bu
günlərdə AHİK şəffaflığın təmin edilməsi üçün ciddi addımlar aıtr, amma Maliyyə
Nazirliyi “canlı təmasın qurulmamasını” səffaflığın qorunmasında mühüm addım
hesab edir. Təəssüf edirəm ki, beşinci
və altıncı suala da nazirik cavab verməkdən yan keçib. Nə isə...
Beləliklə, nazirlik bu cavabı
ilə özünə qarşı simpatiya yarada bilmədi. Bu sahədə düzələsi, görüləsi və
dəyişdiriləsi işlər çoxdur. Görünən odur ki, nazirliyin müəyyən qurumları bu
sahədə hər hansı yeniliyi etmək niyyətində deyillər. Məhz elə bu səbəbdəndir ki,
bu sahədə kifayət qədər neqativ halların baş verdiyi deyilir. Və bu göz
önündədir. Mənim çox dərinə getmək fikim yoxdur. Hər kəs öz günahını gözəl bilir. Nazirlik rəsmilərinə tövsiyə edərdim ki, Nazirlər
Kabinetinin, Ədliyyə nazirliyinun adını çəkməklə günahı onlarla bölüşməyə can
atmasınlar. Əsas iş və bu isdə əsas neqativ yaradan orqan məhz Maliyyə Nazirliyidir.
İşləyən bələdiyyəyə, qurucu bələdiyyə sədrinə konkret dəstəyin
göstərilməsi onların bilavasitə vəzifə
borcudur. Yoxsa, ayrılan vəsaitə “göz dikmək”lə bələdiyyə sədrini də kritik
həddə çatdırmaq ən azı “yumşaq desəm”
insafsızlıqdır.
***
Belə olan halda bəs biz nəyi təklif edərdik.
İlk olaraq bələdiyyələrə dotasiya və subvensiyanın bu cür
neqativlərlə dolu proseslə icrası bundan sonra yolverilməz sayılmalıdır.
Konkret.
Odur ki, Azərbaycan Milli Bələdiyyə Assosiasiyalarının iştirakı ilə
müstəqil “Bələdiyyələrə Dövlət Dəstəyi Fondunun”
yaradılmasını tövsiyə edərdim. Yaradılacaq qurum “Publik hüquqi şəxs” olaraq Müşahidə Şurası
təsis edilir və Şuranın üzvləri ölkə başçısının sərəncamı ilə təyin edilir.
Dövlətin ayırdığı vəsaitdə məhz bu fonda köçürülür. Fond özü kimə hansı miqdarda
vəsait ayırmalı olduğu yaxşı biləcək. Çünki Müşahidə Şurasında olanlar bilavasitə
bələdiyyələrin fəaliyyəti barəsində dərin bilgisi olanlar olacaqdır. Təxminən
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sxemində yaradılacaq bu qurum bütünlükdə
bu sahədəki mövcud olan neqativi aradan qaldıra biləcəkdir.
Müşahidə Şurasında Ədliyyə nazirliyinin, vətəndaş cəmiyyətinin, milli
bələdiyyə assosiasiyalarının təmsilçilərinin olması nəticə etibari ilə həm dotasiyanın,
həm də subvensiyanın ayrılmasında şəffaflığın qorunmasında öz dəstəyini
göstərmiş olacaqdır. Üstəlik ayrılan vəsaitlə konkret layihələri icra etməklə,
həm də bələdiyyələrə ciddi dayanıqlı maliyyə mənbəyinin yaradılmasına nail
olmaq olar.
İmkanı olan və ehtyacı olmayan şəhər bələdiyyələrinə dotasiyanın
ayrılmasının mən əslində əleyhinəyəm. Bu
onlara əlavə yükdür, onların bu dotasiyaya
heç bir ehtiyacı yoxdur.
Maliyyə Nazirliyinə gəldikdə isə hiss olunur ki, yeni təyin edilən nazir
tərəfindən nazirlikdə islahatların aparılması bundan sonra da davam etdiriləcəkdir...
Gözləyək....
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri