Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-07-2025 , 19:15

651

Son xəbərlər

Bütün xəbərlər

Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI

Gündəlik Xəbərlər
22-07-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

 Asif Həşimov: “Əmlak və torpaq vergisinin həcmini 2.2 dəfə artıra bilsəkdə…”

 “Qəbələ rayonu Vəndam bələdiyyəsinin 2025-ci ilin I yarımili üzrə gəlir məlumatları açıqlanıb. Açıqlanan statistikaya görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi büdcə gəlirlərində 62.76% azalma müşahidə olunub. 2024-cü ilin ilk altı ayında 92.253 manat gəlir qeydə alınmışdısa, 2025-ci ildə bu göstərici 34.350 manat təşkil edib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Asif Həşimov bildirib.

 Cari ilin altı ayı ərzində torpaq və əmlak vergisində ciddi artım qeydə alınıb. Torpaq vergisi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 110%, əmlak vergisi isə 154% artıb. Beləliklə, bu iki sahədə 2.2 dəfədən çox artım müşahidə olunur.

 Bununla yanaşı, icarə gəlirlərində 89% azalma baş verib. Bu, 2024-cü ilin əvvəllərində ödənilmiş əvvəlki ilin icarə haqları və borcları ilə bağlıdır. Həmin dövrdə həm əvvəlki, həm də cari ilin ödənişləri birlikdə daxil olduğu üçün göstəricilər yüksək olmuşdu.

 Ən kəskin azalma özəlləşdirmə sahəsində baş verib. Belə ki, ötən ilin sentyabr ayından etibarən bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi prosesi dayandırıldığından bu sahədən gəlir daxil olmayıb.

Stasionar ödəmələrdə isə 101% artım qeydə alınıb. Bu, “məişət tullantılarının daşınması” prosesinin genişləndirilməsi ilə izah olunur.

Bütövlükdə prosesi təhlil etsək görərik ki, özəlləşdirmə sahəsində gəlirlər daxil olmadığından və icarə haqlarındakı fərqliliklər səbəbi ilə 2025-ci ilin ilk yarımilində ümumi gəlir ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

 Ancaq bələdiyyənin vergi xidmətinin  gördüyü  işlər nəticəsində bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olan vəsait istisna olmaqla  bələdiyyənin büdcəsinin gəlirlərinin 47%-dən çox artıb.

 Sədr  ilin sonunadək bələdiyyə büdcəsində yaranmış kəsirin aradan qaldırılacağıına ümid etdiyini bildirib.

 Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər