Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-07-2025 , 14:37

758

Son xəbərlər

Bütün xəbərlər

Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI

Gündəlik Xəbərlər
22-07-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Allah rəhmət eləsin!

Region
- +

Xızı rayonunda 12 nümayəndəliyin altısına nümayəndə axtarılır...

 Xızı rayonunda Xızı RİH Başçısının 12 nümayəndəliyi fəaliyyətdə olmalıdır. RİH-in saytında yayılan məlumatlara inansaq görərik ki, ancaq bu gün onların  altısında nümayəndə, üçündə nümayəndənin müavini,  üçündə isə  baş mühasib vəzifəsi boşdur.  Ən maraqlı məqam ondadır ki, Findığan nümayəndəyində bütün vəzifələr vakantdır. Maraqlıdır, bəs bu nümayəndəliyin idarəçiliyi necə həyata keçirilir.

Bundan əvvəlki təhlildə RİH - dəki vakant vəzifələrin sıyahısnı açıqlamışdıq.

Açıqlamada qeyd edilir ki, Xızı RİH-in internet resursuna inansaq aparatın strukturunda Xızı RİH-də bir müavin (RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri), üç şöbə müdiri (Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Hüquq və Memarlıq və tikinti şöbəsi) vəzifəsi resursda vakant göstərilib.

Ən maraqlı məqam ondadır ki, yeddi şöbədən üçünün müdiri vakant göstərilməklə yanaşı, həm də hüquq, memarlıq və tikinti şöbəsindəki digər vəzifələrdə boş göstərilib.

Beləliklə, RİH-də ümumi vakant yerlərin sayı altıya, nümayəndəliklərdə isə 12 çatıb.

Numayəndəliklə bağlı siyahını təqdim edirik:

Xızı RİHB-nın Qarabulaq kənd İƏD üzrə nümayəndəlik nümayəndə,

Xızı RİHB-nın Ağdərə kənd İƏD üzrə nümayəndəlik nümayəndə müavini,

Xızı RİHB-nın Yeni Yaşma kənd İƏD üzrə nümayəndəlik baş məsləhətçi-baş mühasib,

Xızı RİHB-nın Qasımkənd kənd İƏD üzrə nümayəndəlik nümayəndə müavini, baş məsləhətçi-baş mühasib,

Xızı RİHB-nın Fındığan kənd İƏD üzrə nümayəndəlik nümayəndə, nümayəndə müavini Baş məsləhətçi-baş mühasib,

Xızı RİHB-nın Tıxlı kənd İƏD üzrə nümayəndəlik nümayəndə,

Xızı RİHB-nın Baxışlı kənd İƏD üzrə nümayəndəlik nümayəndə,

Xızı RİHB-nın Şorabad qəsəbə İƏD üzrə nümayəndəlik nümayəndə,

Xızı RİHB-nın Altıağac qəsəbə İƏD üzrə nümayəndəlik nümayəndə.

Maraqlıdır, bu qədər vəzifəni boş saxlamaqda məqsəd nədir?

Və belə bir vəziyyətdə idarəçilik necə qurulub. 

(Rayonlar üzrə təhlillərimiz davam edir...)

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər