Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-07-2025 , 22:48

1165

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Dəmir yolunun lap kənarında təhlükə saçan tiklilər sökülməlidir -AÇIQLAMA

30 il vəzifəli şəxslər göz yumub

 Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Böyükşor, Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir.

Hazırda ərazidə 161 qeyri-qanuni tikilmiş ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir.

Bunlardan 54 ailənin başqa ünvanda evi var. 11 nəfər isə oradakı evini kirayəyə verib.

Qanunsuz tikililər nəqliyyat təhlükəsizliyinə necə təsir edir?

Qeyd edək ki, evlər sənədsizdir, qeyri-qanuni tikilib. Dəmir yolunun mühafizə zolağında yerləşən bu evlər dəmiryolu nəqliyyatına ciddi problemlər yaratmaqla yanaşı, sakinlərin həyatı üçün də təhlükəlidir.

Belə ki, son 3 ildə dəmiryolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq adam həyatını itirib və ya ağır xəsarət alıb.

Bundan başqa, yanğınsöndürən, təcili tibbi yardım maşınları əraziyə daxil ola bilmir. Kommunal xidmət çox aşağı səviyyədədir, işin müvafiq qaydada təşkili mümkün deyil. Buna görə də antisanitariya mühiti mövcuddur.

Eyni zamanda, tikinti normalarına uyğun olmayan bu evlər şəhərin ümumi görünüşünü pozur.

Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a söyləyib ki, qanunsuz tikilmiş, sənədləşdirilməmiş yaşayış sahələrinin formalaşması müəyyən dövrlərdə bəzi vəzifəli şəxslərin səhlənkarlığı, məsuliyyətsizliyi və şəxsi maraqları nəticəsində baş verib:

“Burada sual yaranır ki, bu tip tikililər, xüsusilə dəmir yolu xətlərinin yaxınlığında yerləşən və 20-30 il və ya daha əvvəl inşa edilən obyektlər, həmin dövrdə Dəmir Yolu İdarəsi, hüquq-mühafizə orqanları və ya digər səlahiyyətli qurumlar tərəfindən qeydə alınmayıbmı? Eyni zamanda, bu dövrdə rayon icra hakimiyyətinin də prosesdən xəbərsiz olması real görünmür. Aydın şəkildə bəllidir ki, bu kimi halların böyük əksəriyyəti səlahiyyətli şəxslərin səssiz razılığı və fərdi maraqları əsasında həyata keçirilib. Bununla belə, nəzərə almaq lazımdır ki, həmin ərazilərdə vətəndaşlar artıq 20-30 ildir ki, yaşayırlar. Bu səbəbdən də mövcud vəziyyətin həlli zamanı sosial narazılığın yaranmaması üçün vətəndaşların hüquq və mənafeləri nəzərə alınmalı, mümkün olduğu halda kompensasiya mexanizmləri tətbiq edilməlidir. Dövlət orqanlarının əsas məqsədi ölkə rəhbərinin tələblərinə uyğun olaraq vətəndaş hər hansı inzibati addım vətəndaş məmnunluğunu pozursa, bu, yolverilməzdir. Qeyd olunan məsələlərin kompleks şəkildə nəzərdən keçirilməsi və kompromis həll yollarının tətbiqi ilə bu prosesin optimal nəticəyə yönəldilməsi məqsədəuyğundur”.

https://sherg.az/hadise/311734

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
424

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
737

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
716

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
593

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
814

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
715