Muxax bələdiyyəsi yeni layihələrin icrasına başlayır
Layihə bələdiyyənin müraciəti əsasında həyata keçirilir
Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...
Nicat Səmədzadə: “Selin yaratdığı fəsadların aradan qaldırılmasında bələdiyyə də öz töhfəsini verməkdədir”
Mingəçevir bələdiyyəsi "Konstitusiya və Suverenlik" ili ilə bağlı tədbir keçirdi
Əhmədli bələdiyyəsində sahibkarlarla görüş keçirilib
Bu gün bütün fəaliyyətlərdə əsas strateji məqsəd olaraq gender bərabərliyi əsas götürülməlidir
"Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfrans keçirilib
Boradigah bələdiyyəsi: "Bu gün bələdiyyə binasında təmizlik və abadlaşdırma işləri aparıldı"
Şabran bələdiyyəsi selin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir
Təmraz Tağıyev: "Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər Azərbaycan və Türkiyə bələdiyyələri arasında daima inkişaf edib və edəcəkdir"
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Əsrin Faciəsi - BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 33 il ötür.
Bu il Xocalı soyqırımının törədilməsindən 33 il ötür. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Xocalı faciəsinə gedən yol 1988-ci ilin fevral ayından Stepanakertdə ermənilərin mitinqləri ilə başladı. Ermənilər müxtəlif tələblər irəli sürürdülər. Bu tələblərin içərisində isə Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi. 1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmışdı. Öz dədə-baba yurdlarından - Ermənistandan zorla, vəhşiliklə qovulan azərbaycanlıların harayını eşidən yox idi. Ermənilər isə kütləvi şəkildə silahlanır, vilayətdə yaşayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından didərgin salırdılar. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.
Müasir dünyamızda qəbul edilmiş mənasına
görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar
olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin
hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir.
Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir
ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktıdır.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi
soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Faciə günü Xocalı şəhərini
tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri
yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə
yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə
yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə
şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin
qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.
“Xocalı faciəsi erməni millətçilərinin
yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və
etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” – Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin bu sözləri dünya ictimaiyyətinin diqqətini erməni
vandalizminə cəlb etməsi siyasətinin əsasını təşkil edir. “Bu soyqırımı, eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər
Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı
günü haqqında” qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il
tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi
ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi
elan edilmişdir.
Lakin 2020-ci il Vətən müharibəsində
Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni
reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük Vətən müharibəsində Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin rəhərliyi altında qəhrəman əsgərlərimiz
yağı düşməndən Xocalıda qətlə yetirilən vətən övladlarımızın qisasını almışdır.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda
keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də
Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu gün
Xocalı şəhidlərinin ruhu şaddır, çünki onların qisası alınıb, vətən torpaqları
düşmən işğalından azad edilib, şəhidlərimizin qanı yerdə qalmayıb.
İlham Səfərov
Şirvan Bələdiyyəsinin
sədri
Kamran Mirzəyev: “Hazırda bələdiyyə büdcəsini qənaətbəxş hesab etmədiyimizdən...”
Vahid Mirzəyev: “Bələdiyyə olaraq əsas vəzifəmiz vətəndaşlara xidmət etməkdir”
Bu rayonda əmlak vergisinin yığımında ötən il 50 faizdən artıq azalma müşahidə olunub
Bələdiyyələrin maliyyə dayanıqlığı və BAMS sisteminin rolu -BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Rəylər
0 Rəy