Zirə Bələdiyyəsində daha bir görüş keçirilmişdir
2024-2025 ci il tədris ili üçün 600 baldan yüksək nəticə göstərmiş Zirə qəsəbə sakinləri Əliyeva Şəms Ramil qızı və İsmayılova İlkin İsmayıl qızı ilə Zirə Bələdiyyəsində görüş keçirilmişdir. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda bildirilir ki, tələbə adı qazanmış hər iki gəncə ən xoş arzular dilənilmiş və sonda Bələdiyyə adından hədiyyə ilə təltif edilmişlər. Onların simasında tələbə adı qazanmış bütün gənclərə uğur və nəaliyyətlər arzu edirik.
Xəzər rayonu Zirə bələdiyyəsi