Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-07-2025 , 22:31

1885

Son xəbərlər

Bütün xəbərlər

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “ Türkiyə-Azərbaycan dostluğu əsrlər boyu yaşayacaq”


“Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti toplantısı Türkiyənin  Gebze  bələdiyyəsinin ev sahibliyi ilə baş tutub”- bu fikirləri adıçəkilən qurumun idarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiayasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Qaqauziya (Moldova), Kuzey Kıprıs Türk Cumhuriyəti, Kosova, Şimal Makedoniya, Livan, Qaqauziya (Moldova)  və Türkiyədən olan idarə heyətinin üzvlərinin iştirak etdiyi iclasda ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevlə bərabər Azərbaycan Şəhər Bələdiyyələr Milli Assosiasiyasının məsul əməkdaşı Rövşən Məmmədov təmsil edib.

Tədbirdə TDBB-nin prezidenti, Konya Böyükşəhər Bələdiyyə başçısı Uğur İbrahim Altay, TDBB-nin Baş katibi Fəxri Çolak çıxış edərək təşkilatın altıaylıq fəaliyyətinə toxunublar.  Hər iki natiq türkdilli ölkələrdə formalaşan yerli orqanların qarşılıqlı əlaqələrinin qurulmasında TDBB-nin fəaliyyətinin mühüm əhəmiyyətindən danışıblar. Çıxışlarda TDBB-nin cari ildə həyata keçirdiyi layihələrə toxunaraq qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Tədbirdə həmçinin TDBB-də ölkəmizi təmsil edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının  sədri Təmraz Tağıyev çıxış edərək  Türkiyə-Azərbaycan dostluğunun əsrlər boyu yaşayacağını və bu dostluğun dərin tarixi köklərlə bir-birinə bağlı olan bu münasibətlərin qardaşlıq prinsiplər əsasında qurulduğunu bildirib.

Təmraz Tağıyev sonda Qərbi Azərbaycan İcması Nərimanov rayon təşkilatının təşəbbüsü  ilə qazi  Orxan Əsgərovun Türkiyənin Konya şəhərindəki tanınmış  klinikalarının birində növbəti əməliyyatı baş tutmasından və bu işdə Konya Böyükşəhər bələdiyyə başçısı Uğur İbrahim Altayın xüsusi xidməti oludğunu bildirib. Sədr bildirib ki, qazimizə bu cür yüksək diqqətin göstərilməsi bir daha türk dünyası ölkələri üçün həm də bir örnəkdir.

Təmraz Tağıyev daha sonra  bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qazi Orxan Əsgərov az müddət ərzində 24 dəfə  üz-çənə əməliyyatı keçirib və səhhətində xeyli irəliləyiş olub.   Bu proseslərdə Heydər Əliyev Fondunun  hər zaman dəstəyini hiss etdiklərini qeyd edən Təmraz Tağıyev  sonuncu Türkiyədə keçirilən əməliyyatdan sonra qazinin artıq sərbəst danışması və qida qəbulundakı problemlər aradan qaldırıldığını bildirib. 

Təmraz Tağıyev həmçinin  qazinin əməliyyatının keçirilməsində Konya Böyükşəhər Bələdiyyəsinin başçısı  Uğur İbrahim Altaya  xüsusi olaraq göstərdiyi dəstəyə görə təşəkkürünü bildirməyi unutmayıb.

Sonda idarə heyətinin üzvləri belə mötəbər tədbirə dəvət aldıqlarını məmnunluqlarını bildiriblər.

 Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər