Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-07-2025 , 23:38

1628

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Küpçal-Dağlı bələdiyyəsinin təşkilatçılığı ilə  şəhidin əziz xatirəsi anılıb

“Vətən müharibəsi Şəhidi Nuran Mirzəyevin doğum günü geniş şəkildə qeyd olunub”- bu barədə Belediyye.infoya məlumatı Quba rayonu Kupçal-Dağlı bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev deyib. Sədr bildirib ki, təbdirdə şəhid ailələri, Küpçal-Dağlı bələdiyyəsinin sədri, üzv və qulluqçuları, Quba Rayon İcra hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhidin məzarı ziyarət olunduqdan sonra Quba RİH -in təşəbbüsü və  Küpçal-Dağlı bələdiyyəsi təşkilatçılığı ilə yeni yaradılmış abidə bulaq kompleksinin açılışı baş tutub.

 Açılışdan sonra şəhidin doğulub boya başa çatdığı ata evində bələdiyyə tərəfindən yaradılmış xatirə muzeyində tədbir davam etdirilib.

Şəhidimizin qəhramanlıq salnaməsi, keçdiyi döyüş yolu iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edirik ki bu muzey öz unikallığı ilə də seçilir. Belə ki muzeydə Quba rayonundan torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban etmiş şəhidlərimizin foto şəkilləri yerləşdirilmişdir.

Natiq Bəkmirzəyev bildirib ki, mərasimdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun ərazi bütövlüyümüzün bərpa olunmasında apardığı döyüş əməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlı qələbələrin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açılıb.

Şəhidimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər