Sumqayıt sakinləri idarəetmədə: Məhəllə Komitələrinə seçkilər uğurla davam edir-FOTOLAR
Sumqayıt Bələdiyyəsi tərəfindən şəhərin müxtəlif yaşayış massivlərində həyata keçirilən məhəllə komitələrinə seçki prosesi uğurla davam etdirilir.
Bu təşəbbüs şəhər sakinlərinin yerli idarəetmədə birbaşa iştirakını təmin etmək, onların səsini daha da gücləndirmək məqsədi daşıyır.
Növbəti görüşlər "Kimyaçılar qəsəbəsi" və "Maral göl" üzrə 1 saylı məhəllə komitəsinin və "Kimyaçılar qəsəbəsi" 1 saylı məhəllə komitələri, o cümlədən "Yaşıl Dərə"- Yeni Yaşayış Massivi 2A, 4A və 7 saylı məhəllə komitələrinin ərazilərində keçirilib.
Sakinlərin fəal iştirakı ilə baş tutan toplantıda Bələdiyyə nümayəndələri məhəllə komitələrinin əhəmiyyətindən danışaraq, bu strukturların şəhər idarəçiliyində mühüm rol oynadığını vurğulayıblar.
Rəylər
0 Rəy