Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-07-2025 , 00:26

2048

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bico bələdiyyəsinin sədri sakinlərlə görüş keçirib

“Ağsu rayonu Bico bələdiyyəsinin sədri Ziya Əhmədov Bico  kəndində vətəndaşlarla görüş keçirmişdir”- bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Görüşdə bələdiyyənin sədr müavinləri və kənd sakinləri iştirka ediblər. Görüşdə bələdiyyə sədri Ziya Əhmədov vətəndaşlara bələdiyyə tərəfindən görüləcək işlər və perspektivlər barədə ətraflı məlimatlar

vermiş, bu işdə vətəndaşların köməyinə arxanalacağını qeyd etmişdir. Həmçinin sədr vətəndaşlara kənd ərazisində aparılacaq abadlıq işləri üçün maliyyə dəstəyinin  onların ödəyəcəyi vergiyə bağlı olduğunu diqqətə çatdırmışdır. Bu məqsədlə  vətəndaşların ödəməli olduqları torpaq, əmlak və digər vergilərin vaxtında ödənilməsi, bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsini tövsiyyə etmişdir.

Görüşdə sakinlərə vergiləri vaxtında ödəməklə problemlərin tezliklə həllinə nail olmağın mümkünlüyü xüsusi olaraq  vurğulanıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər