Bələdiyyə sədri: “Fermamızda keçilərimizin sayını artırmaq niyyətimiz var”
““Tüləkəran Təmiz Kənd” MMC subvensiya layihəsi çərçivəsində yaratdığı
keçi fermasında artım baş verib”- bu barədə məlumatı Quba rayonu Tüləkəran bələdiyyəsinin
sədri Rauf Hüseynov bildirib.
Sədrin
sözlərinə görə, artıq iki ana keçi beş bala doğub. Artıq müəssisənin xidmətçiləri
fermada keçi balalarına qulluq göstərməkdədirlər.
Qeyd
edək ki, MMC cari ilin mart ayında Tüləkəran
bələdiyyəsinin müvafiq qərarı əsasında yaradılmışdır. Məhz bundan sonra
bələdiyyənin təqdim etdiyi subvensiya layihəsinə Nazirlər Kabinetinin sərəncamı ilə maliyyə vəsaiti
ayrılmış və MMC regionda ilk bələdiyyə müəssisəsi olmaqla yanaşı həm də ilk
olaraq müasir innovasiyaların tətbiqinə başlamışdır.
MMC-nin yaradılmasında ən əsas məqsəd də bələdiyyənin maliyyə
imkanlarını genişləndirərək yerli sosial-iqtisadi proseslərdə çevik və effektiv
formada iştirak edə bilməsi və eyni zamanda bələdiyyə ərazisində yaşayan əhalinin
məşğulluq imkanlarına əlçatanlığının təmin olunmasıdır.
Belə ki, hazırda bələdiyyə müəssisəsi 9 nəfər daimi və 6 nəfəri
mövsümu işlə təmin edir. 2025-ci ilin birinci yarımilinədək daimi işçilərin
sayını 15 nəfərə, mövsümi işçilərin isə
20 nəfərə çatdırılması hədəflənir.
Belediyye.info
Rəylər
1 Rəy
Ehtiram
18-11-2024, 2 gün əvvəl
Meni yaddan çıxarma
Cavabla