Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-05-2024 , 16:31

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

2024-cü ilin yanvar-mart aylarında Şuşa rayonunun sosial-iqtisadi inkişafı haqqında

Ümumi məhsul buraxılışı və onun istifadəsi haqqında. 2024-cü ilin yanvar-mart aylarında Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti işləri, nəqliyyat və anbar təsərrüfatı) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 57,0 faiz artaraq 177933,7 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 7089,0 manat təşkil etmişdir. 

2024-cü ilin yanvar-mart ayları ərzində məhsulun  1208,2  min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,  2104,0 min manatı sənaye,  174462,5 min manatı tikinti işləri, 114,9  min manatı nəqliyyat və anbar təsərrüfatı, 44,1 min manatı isə informasiya və rabitə sahələrində olmuşdur.                                       Demoqrafik vəziyyət haqqında.  Şuşa rayonunun ərazisi 280,0 kvadrat kilometr, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 90 nəfər təşkil edir. 

2024-cü ilin aprel ayının 01-i vəziyyətinə Şuşa rayonunun əhalisi 25,1 min nəfər olmuşdur. Doğulanların sayı 58, ölənlərin sayı 48, təbii artım 10, miqrasiya saldosu 0 olmuşdur. Rayon üzrə nikahların sayı 40, boşanmaların sayı 14 olmuşdur.

İqtisadiyyatda muzdla çalışan işçilər və əməkhaqqı barədə. Şuşa rayonunda 01 aprel 2024-cü il tarixinə 15 və yuxarı yaşda olan əhalinin iqtisadi fəallığının səviyyəsi 72,8  faiz olmuşdur. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi 93,6 faiz, işsizliyin səviyyəsi 6,4 faiz olmuşdur.

2024-cü ilin yanvar-mart ayları ərzində iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 881,4 manat təşkil etmişdir. Orta aylıq nominal əməkhaqqı əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 9,9 faiz artmışdır. 

Yeni iş yerləri haqqında.  2024-cü ilin yanvar-mart ayları ərzində 29 vahid yeni iş yeri açılmışdır ki, bunların hamısı daimi iş yerləridir. Açılmış iş yerlərindən 12-si mövcud hüquqi şəxslərdə, 17-si isə yeni yaradılmış hüquqi şəxslərdə olmuşdur.

Sənaye. Sənaye müəssisələri tərəfindən 2024-cü ilin yanvar-mart ayları ərzində malların istehsalı və xidmətlərin göstərilməsi işlərinin dəyəri 2104,0 min manat olmuş və onun 291,8 min manatı emal sənayesinin, 1812,2 min manatı isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı sahəsinin payına düşmüşdür.

 Ötən ilin müvafiq dövründə yerinə yetirilmiş işlərin dəyəri 1193,2 min manat olmuşdur. Sənaye istehsalının indeksi (sabit qiymətlərlə) 2024-cü ilin yanvar-mart aylarının 2023-cü ilin yanvar-mart aylarına nisbəti 138,6 faiz olmuşdur.

Sənaye  təşkilatlarında  ilin  əvvəlindən 164  nəfər çalışmış, onlara 836,7 min manat əməkhaqqı fondu hesablanmış və bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 1704,1 manat olmuşdur.

Tikinti. Tikinti təşkilatlarının 2024-cü ilin yanvar-mart ayları ərzində tikinti-quraşdırma işləri 174462,5 min manat olmuşdur ki, onun da 171263,8 min manatını dövlət mülkiyyəti, 3198,7 min manatı isə qeyri-dövlət mülkiyyəti üzrə yerinə yetirilmişdi.

2023-cü ilin yanvar-mart ayları ərzində tikinti quraşdırma işlərinin dəyəri 110531,9 min manat olmuşdur.

2024-cü ilin yanvar-mart ayları ərzində yerinə yetirilmiş tikinti quraşdırma işlərinin həcmi 2023-cü ilin yanvar-mart aylarına nisbətən 63930,6 min manat, yəni 58,0 faiz artmışdır.

2024-cü ilin yanvar-mart ayları ərzində əsas kapitala 175272,5 min manat investisiya yönəldilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq. Şuşa rayonu üzrə 2024-cü ilin məhsulu üçün 01 aprel 2024-cü il vəziyyətinə 1939,1 hektarda əkin işləri aparılmışdır ki, bunun da 1876,1 hektarı payızlıq, 63,0 hektarı yazlıq əkin sahəsidir. Payızlıq əkin sahəsinin 1026,9 hektarı buğda, 736,8 hektarı arpa, 112,4 hektarı isə yaşıl yem, yəni xəsil sahələridir. Yazlıq əkin sahəsinin isə 30,0 hektarı yazlıq arpa,  11,5 hektarı keçən ilin payızlıq əkinini də daxil etməklə cari ilin kölgəliksiz çoxillik otları (təzə yonca), 4,5 hektarı kartof, 17,0 hektarı tərəvəz sahəsidir. 

Yazlıq əkin hal-hazırda davam edir.

01 aprel 2023-cü il vəziyyətinə iri  buynuzlu  mal-qaranın sayı 4803 baş  olduğu  halda,  01 aprel 2024-cü  ildə 5341 baş olmuş, yəni 538 baş və  ya  11,2 faiz,  inək  və  camışların sayı  01 aprel 2023-cü  ildə  2346 baş  olduğu  halda, 01 aprel 2024-cü  ildə 2540  baş olmuş,  yəni 194  baş  və  ya 8,3 faiz artmış,  qoyun  və  keçilərin sayı  01 aprel 2023-cü  il  35155 baş  olduğu  halda,  01 aprel 2024-cü  ildə  32889 baş olmuş, yəni 2266 baş  və ya 6,4 faiz  azalmışdır. 

2024-cü ilin yanvar-mart ayları ərzində ət istehsalı 1043,0 sentner (diri çəkidə), süd istehsalı 5305,0 sentner, yumurta istehsalı 314,0 min ədəd olmuşdur. 2024-cü il yanvar-mart ayları ərzində 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 15,0 sentner, yəni 1,5 faiz, süd istehsalı 25,0 sentner, yumurta istehsalı 2,0 min ədəd, yəni 0,6 faiz artmışdır. 

2024-cü ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 1208,2 min manat olmuşdur ki, bu da 2023-cü ilin yanvar-mart aylarına nisbətən 93,7  min manat, yəni 1,1 faiz artmışdır.  

Nəqliyyat və anbar təsərrüfatı.  2024-cü ilin yanvar-mart ayları ərzində nəqliyyat və anbar təsərrüfatı sahəsində işin həcmi 114,9 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz az olmuşdur. 

Anar Xəlilov

Şuşa Rayon Statistika  İdarəsinin rəisi  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər