Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-05-2024 , 20:34

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Namiq İsmayılov: “Vətəndaş müraciətləri Quxuroba bələdiyyəsinin daim diqqət mərkəzindədir”


“Bələdiyyə iclasında mütəmadi olaraq sakinlərin qaldırdığı məsələlər müzakirəyə çıxarılaraq həlli istiqamətində ciddi adıdmlar atılır.  Bu gün istifadəyə verilən 25 tonluq su çəni də məhz sakinlərin müraciəti nəticəsində quraşdırılıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Namiq İsmayılov deyib.

Sədrin sözlərinə görə, kənd əhalisinin su təchizatını yaxşılaşdırmaq üçün bələdiyyənin maliyyəsi hesabına kəndin mərkəzi hissəsində bu layihə icra edilib. Demək olar ki, bələdiyyənin əldə etdiyi vəsait məhz vergi ödəyicilərinin qaldırdığı məsələlərin həllinə yönəldilir.

İlin sonunadək sakinləri narahat edən digər məsələlərin həlliylə bağlı layihələrin icra edilməsi nəzərdə tutulur.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər