Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-03-2024 , 22:32

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “İcra başçısının  sakinlərə “gedin bələdiyyə vergilərini ödəyin” deməsi  büdcə daxil olmalarına da öz töhfəsini vermiş oldu”

“Sədr seçiləndə bələdiyyənin  Dövlət Sosial Müdafiə Fonduna əvvəlki illərdən ödənilməmiş qalan  10.413 manat borcu var idi”-bu fikirləri Bərdə rayonu Güloğullar Bələdiyyəsinin sədri  Müfaqət Əliyev bildirib.

Sədr kimi ilk addımımız məhz bu borcun silinməsiylə bağlı oldu. Odur ki, bütün çıxış yolları müzakirə edildi. Nəticə etibari ilə az bir zaman kəsiyində artıq 2022-ci ilin əvvəlinə kimi DSMF borcunu bağlaya bildik.

Onu da birmənalı olaraq etiraf etməliyik ki, borcun bağlanmasında Bərdə RİH-in və Bərdə regional ədliyyə idarəsinin tövsiyələrinin də əhəmiyətli rolu oldu.  Hətta kənd ərazisində keçirilən səyyar görüşlərdə bəzi sakinlərin bələdiyyədən gileyinə icra başçısının  “gedin bələdiyyənin vergilərini ödəyin” deməsi büdcə daxilolmalarına da öz təsirini göstərmiş oldu.

Əgər 2020-ci ildə büdcə daxilolmalarının həcmi 3.345 manat idisə, ötən il bu rəqəm 10.000 manata bərabər olub. Əldə etdiyimiz maliyyənin 2.035 manatı əmlak vergisindən, 1.504 manatı torpaq vergisindən, 6.381 manatı isə icarə haqqlarından daxil olub. Büdcə daxilolmalarında icarə haqqlarının  həcmi demək olar ki,  beş dəfəyədək artıb.  Əgər 2020-ci ildə icarə haqlarından  1.120 manat daxil olmuşdusa bu rəqəm ötən il 6.321 manat təşkil edib.

İcarə haqqlarının artım səbəbi isə Bərdə regional ədliyyə idarəsinin tövsiyyəsinə uyğun olaraq icarə haqqlarının dəyərinin orta bazar qiymətinə uyğunlaşdırılması oldu.

Cari ilin birinci rübü ərzində bələdiyyə büdcəsinə 4.990 manat daxil olub ki, bununda 2.035 manatı əmlak vergisindən, 291 manatı torpaq vergisindən, 2.660 manatı isə icarə haqqlarındandır.

Bələdiyyənin bu gün üzləşdiyi bəzi problemlərin olduğunu qeyd edən sədr ərazidə olan əmlakın 90 faizinin mülkiyyət sənədinin olmamasını hesab edir.   Narahatlıq doğuran məqam ondadır ki, bunların böyük bir hissəsi  pay torpaqlarında inşa edilib.  Məhz bu gün bələdiyyə olaraq bir tərəfdən əmlakın çıxarışı olmadığı üçün, digər tərəfdən pay torpağı təyinati üzrə istifadə edilmədiyindən  bələdiyyə  olaraq  vergini lazımı səviyyədə ala bilmir. Yəni  sənədsiz əmlak problemi kompleks şəkildə öz həllini tapsa bələdiyyənin büdcə daxilolmalarının həcmi beş dəfəyədək arta bilər.         

Digər bir problem isə vaxtı bitmiş icarəçilərlə müqavilələrinin yenilənməsinə dair müraciətlərin Əmlak məsələləri Dövlət xidmətinin müvafiq qurumları tərəfindən  gecikdirilməsidir.  Bəzən hər hansı cavabı almaq üçün aylarla gözləməli oluruq.

Əhalinin mülkiyyət sənədlərinin  verilməsi sürətlənmiş olarsa, biz də yenilənmiş BAMS proqramına əlavə edərək tez bir vaxt da  onları vergiyə cəlb edə bilərik. Nəticədə büdcədaxilolmaları artar və vətəndaşların bələdiyyəyə etdiyi müraciətlərin həlli də sürətlənər.

Qeyd edək ki, Müfaqət Əliyev 2019-cu ildə seçkilərə qatılaraq bələdiyyə üzvü, 2020-ci ilin yanvar ayında ilk bələdiyyə iclasında  isə sədr vəzifəsinə seçilib. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər