Sədr: “Çalışırq ki, bələdiyyənin hər hansı borcu yaranmasın”
“On doqquz il ərzində bələdiyyənin DSMF-yə 22.000 manat borcu yaranmışdı”- bu fikirləri Bərdə rayon Mollagüllər Bələdiyyəsinin sədri Riyal Yusifzadə bildirib.
Sədrin sözlərinə görə, bələdiyyə üzvlərinin və müvafiq icra orqanlarının səyi ilə bələdiyyənin bu borcu artıq bağlanmışdır. Çalışırq ki, bələdiyyənin hər hansı borcu yaranmasın. Məhz fəaliyyətimizin ilk iki ilində DSMF olan borcu bağlaya bildik. Hazırda bələdiyyənin DSMF-yə 2.800 manat cari borcu var ki, onu da may ayına kimi bağlamaq niyyətimiz var.
İstənilən halda bələdiyyə sədri öz işinə məsuliyyətlə yanaşmalı, büdcəyə əlavə maliyyə vəsaitinin cəlib edilməsinə çalışmalı, ən əsası isə vergi ödəyiciləri barədə məlumatı yenilənmiş BAMS proqramına yerləşdirməklə daxil olacaq büdcə gəliri barədə ətraflı məlumata sahib olmalıdır.
Təəssüf ki, əvvəl ki illərdə seçilmiş üzvlərdə müəyyən təcrübəsizlik və bəzi hallardakı məsuliyyətsizlik bələdiyyyəni borclandırıb. Bələdiyyə sədri bütün hallarda seçicilərinə verdiyi sözə əməl etməklə, həm də vətəndaş məmnunluğunu təmin etmək üçün var qüvvəsiylə çalışmalıdır.
Qeyd edək ki, Mollagüllər Bələdiyyəsinin doqquz nəfər üzvü var. Sədr Riyal Yusifzadə isə 2019-cu ildə ilk dəfə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü sonra isə bələdiyyə sədri vəzifəsinə seçilib.
Belediyye.info
Rəylər
0 Rəy