Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-03-2024 , 22:23

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədrinin Konya səfəri başa çatıb

Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Türkiyə Cümhuriyyəti Konya şəhəri Səlcuqlu bələdiyyəsi İqlim Dəyişikliyi və Sıfır Tullantı İdarəsi Kompost İstehsal Mərkəzinin rəhbəri, ətraf mühit mühəndisi Əbdurrəhman Cahid Gökal ilə görüşüb. Cahid Gökal əvvəlcə Fariz Xəlillini Kompost İstehsal Mərkəzi və istehsal prosesi ilə tanış edib. O, mərkəzin ofisində kompost istehsalı ilə bağlı təqdimat da edib. Ağsu rayonu Gəgəli kəndində qurduqları Təmiz kənd xidmət mərkəzi haqqında məlumat verən Fariz Xəlilli Cahid Gökalı 30 mart Beynəlxalq Sıfır Tullantı Günündə Azərbaycanlı alim, tədqiqatçı və bələdiyyələr üçün onlayn seminar verməyə dəvət edib. Cahid Gökal Fariz Xəlilliyə nümunə üçün kompost məhsulu hədiyyə edib.

Fariz Xəlilli Səlcuqlu bələdiyyəsi Sille Şəhər Tarixi və Tanıtım İdarəsinin müdiri Gökhan Becerik ilə onun ofisində görüşüb. Gökhan Becerik Sille qəsəbəsinin bərpa layihəsini və təlimatlarını hazırladıqlarını bildirib. Onları əyani kitab şəklində və təqdimat formasında nümayiş etdirib. Gökhan Becerik bildirib ki, bələdiyyə mədəni irsin qorunmasında və turizmə yenidən qazandırılmasında bu təlimatları əsas alır. Qəsəbə sakinləri öz mülkiyyətlərini yalnız bu təlimatlar əsasında idarə edirlər. Gökhan Becerik Fariz Xəlilliyə bələdiyyə nəşrlərindən hədiyyə edib. O, 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə Silledə görülən işlər və layihələr haqqında təqdmat etməyə hazır olduğunu bildirib. Fariz Xəlilli Sille Şəhər Muzeyini ziyarət edib, qəsəbənin küçələrini gəzib. 

Fariz Xəlilli Konya şəhərində keçirilən XX Kənd Təsərrüfatı Sərgisinə də qatılıb. Su probleminin həlli ilə bağlı bütün innovativ həllərlə yerindəcə maraqlanan Fariz Xəlilli müxtəlif şirkətlərin rəhbərləri ilə görüşüb, onların məhsulları ilə tanış olub. 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər