Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-03-2024 , 15:40

991

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 Bələdiyyə sədri: “Bir sıra mərkəzi icra orqanlarının diqqətsizliyi  fəaliyyətimizə müəyyən çətinlik yaradır ”

“Sədr seçilərkən bələdiyyənin 22.000 manat DSMF-yə borcu var idi”- bu fikirləri Bərdə rayonu Kətəlparaq Bələdiyyəsinin sədri Talıb Allahyarov bildirib.

“2019-cu ildə seçkilərə qatılıb bələdiyyə üzvü, 2020-ci ilin sentyabrından isə bələdiyyə sədri vəzifəsinə seçildim”- sədr söhbətinə davam edib. 

Daha sonra sədr qeyd edib ki, seçilərkən əsas məqsədimiz əvvəlki illərdə yaranmış borcu silmək oldu.  Bunun üçün vergi ödəyicilər arasında maarifləndirmə işlərinin aparılmasına ciddi şəkildə çalışdıq.

Sədr qeyd edib ki, həm Bərdə RİH-lə, həm də Bərdə regional ədliyyə idarsinin tövsiyələrinə uyğun olaraq addımlar atmaqla borcu bağlamaq mümkün oldu.

Bələdiyyənin  bu gün əsas vəzifəsi ilkin ödənişlərin yalnız qanunvericiliyin tələbinə uyğun olaraq borcları ödəməkdir. Hazırda hər hansı quruma borcumuz yoxdur. Talıb Allahyarov bildirib ki, maarifləndirmə işləri vergilərin yığımında kömək etmiş olsa da, əsaslı şəkildə problemlərimizin həm də mərkəz icra qurumları da öz sözünü deməli və fəaliyyətimizə  dəstəyini göstərməlidir. Bir sıra mərkəzi icra orqanlarının diqqətsizliyi  bələdiyyənin borclarının yaranmasına və bələdiyyənin idarəetməsinə müəyyən çətinlik yaradır. 

Sədr daha sonra qeyd edib: “Bu diqqətsizlik bələdiyyənin nüfuzuna xələl gətirir. Bələdiyyələrin probleminin həlli üçün qanunvericilikdə müəyyən dəyişkiliyin edilməsinə ehtiyac var.  Torpaq satışında müəyyən problemlərlə bəzən üz-üzə qalırıq. Misal olaraq qeyd etmək istərdim ki, Bakı şəhər sakini bələdiyyə torpağının üzərində zəbt etdiyi ərazidə ev tikdirib. Sözsüz ki, vətəndaşa torpaq satışı bilavasitə qanun çərçivəsində olmalıdır. Bütün sənədlər hazır, ancaq bir problem çıxır. Tələb olunur ki, adam 5 il burda yaşamalıdı.

Bələdiyyələrin icarə torpaqlarının yeni bazar qiymətilə uyğunlaşdırılması və vaxtı bitmiş icarəçilərin müqavilələrinin yenilənməsinə dair müraciətlərin Əmlak məsələləri Dövlət xidmətinin müvafiq qurumları tərəfindən  gecikdirilməsidir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
419