Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-02-2024 , 21:10

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: ““Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı  Qovlar Bələdiyyəsi tədbirlər planı hazırlamışdır”


“Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsiylə bağlı  Qovlar Bələdiyyəsi tədbirlər planı hazırlamışdır” – bu fikirləri Belediyye.infoya Tovuz rayonu Qovlar bələdiyyəsinin sədri Rövşən Əsgərov bildirib.

Sədrin sözlərinə görə, tədbirlər planına əsasən ilkin olaraq Qovların “Kanal altı” ərazisindəki ərazi məişət tullantılarından təmizlənmiş, ərazidə mühitə uyğun ağaclar əkilmişdir. Bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla ağacəkmə aksiyları keçirilmişdir.

Bununla yanaşı Qovlar şəhərinin mərkəzi parkında qurumuş müvafiq razılaşmaya əsasən götürülərək yerlərinə “Eldar şam”ları əkilmişdir.

Bu tədbirin keçirilməsində Qovlar şəhər İcra Nümayəndəliyinə, Tovuz rayon Gənclər Evinin kollektivinə və Tovuz rayon MKTİB-nin Qovlar şəhər sahəsinin kollektivi də yaxında iştiak ediblər.

Sədr bildirib ki, təsdiq edilmiş plana əsasən ilin sonundək ərazidə yaşıllıq zolaqlarını salınması, o cümlədən yaşıllıq zolaqlarına xidmətin göstərilməsi davam etdiriləcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər