Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-03-2024 , 14:06

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şəmistan Yusifov: “Bu gün bələdiyyələrin birləşməsi ilə yanaşı, onların dayanıqlı gəlir mənbələrini yaratmaq mövzusu müzakirə edilməlidir”

“Bələdiyyələrin birləşməsi ideyasını mən də bəyənirən”- bu fikirləri Samux rayonu Sərkar bələdiyyəsinin sədri Şəmistan Yusifov bildirib.

Sədr bildirib ki, ancaq bu gün bələdiyyələri düşündürən problemlər həllini tapmadan birləşmənin həm bələdiyyələrə həm də əhaliyə hec bir faydası olmayacaq. Cünki ilk növbədə ölkədə bələdiyyələrin inkişaf konsepsiyası qəbul olunmalıdır.

Sədr       qeyd edib ki,  iki problemli bələdiyyənin birləşməsi nə fayda verə bilər. Sual olunur, bu zaman nə dəyişəcək?

Bu gün bələdiyyələrin birləşməsi ilə yanaşı, onların dayanıqlı gəlir mənbələrini yaratmaq mövzusu müzakirə edilməlidir. Bu gun eyni ərazidə fəaliyyət göstərən icra nümayəndəliyinin illik büdcəsi həmin ərazidə fəaliyyət göstərən bələdiyyənin budcəsindən iki-uc dəfə coxdur. Söhbət kənd bələdiyyələrindən gedir. Gəlin müzakirə ücün düzgün mövzu secək. Bələdiyyələri düşündürən problemlər sırasına ən vaciblərindən biri onların mülkiyyətində olan torpaqların idarə edilməsidir. Bu gün Reystr xidmətində qarşılaşdığımız problemlər həllini tapmalıdır. Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarına cıxarışlar alınarkən təyinatını bilərəkdən kənd təsərrüfatı deyil digər təyinatlı BEF torpaqları göstərməklə 3-5 qat artıq rüsüm tələb edilir. Bundan başqa ölkə prezidentinin fərmanı ilə qüvvədə olan qanun və əsasnamənin əvəzinə qeyd etdiyim qanun və əsasnaməyə zidd olan normativ aktları əsas götürurülərək reystr xidmətində istədikləri prosedur qaydalarını tədbiq edirlər.

İştirak etdiyimiz yığıncaqlarda bu və bələdiyyələrimizi düşündürən digər problemlər barədə dəfələrlə demişəm.Təəssüf ki, hələ də həllini tapmayıb. Sadə bir sonluq verirəm. Bələdiyyələr ilk növbədə bir institut kimi inkişaf etdirilməlidir.

 Belediyye.info

 

Rəylər

1 Rəy

ƏLİBƏYLİ BƏLƏDİYYƏSİ

09-03-2024, 1 ay əvvəl

Bələdiyyə nədir qocamanlar bilər.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər