Namiq İsmayılov: “Vətəndaş müraciətləri Quxuroba bələdiyyəsinin daim diqqət mərkəzindədir”
“Bələdiyyə
iclasında mütəmadi olaraq sakinlərin qaldırdığı məsələlər müzakirəyə
çıxarılaraq həlli istiqamətində ciddi adıdmlar atılır. Bu gün istifadəyə verilən 25 tonluq su çəni də
məhz sakinlərin müraciəti nəticəsində quraşdırılıb”- bu fikirləri
Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Namiq İsmayılov deyib.
Sədrin
sözlərinə görə, kənd əhalisinin su təchizatını yaxşılaşdırmaq üçün bələdiyyənin
maliyyəsi hesabına kəndin mərkəzi hissəsində bu layihə icra edilib. Demək olar
ki, bələdiyyənin əldə etdiyi vəsait məhz vergi ödəyicilərinin qaldırdığı məsələlərin
həllinə yönəldilir.
İlin sonunadək sakinləri narahat edən digər məsələlərin həlliylə bağlı layihələrin icra edilməsi nəzərdə tutulur.
Belediyye.info
Rəylər
0 Rəy