Gəncədə Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə fləşmob keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Kəpəz bələdiyyəsinin birgə təşkilatçılığı ilə görkəmli alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş fləşmob keçirilib.
Heydər Əliyev adına Meydanda 2500 nəfərin iştirakı ilə baş tutan fləşmobda könüllülər, şəhərin ali təhsil müəssisələrinin gəncləri ”Zərifə Əliyeva-100” yazısı olan canlı simvol yaradıblar.
Qeyd edək ki, 28 aprel görkəmli elm xadimi, tibb elminə çox böyük töhfələr vermiş, tanınmış ictimai xadim, həkim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür.
Gəncə şəhəri Kəpəz bələdiyyəsi
Rəylər
0 Rəy