Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-11-2026 , 19:17

130

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Pirəbədil bələdiyyəsində sakinlərlə görüş keçirilib

Şabran rayonu Pirəbədil bələdiyyəsinin inzibati binasında Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və sədr müavininin iştirakı ilə sakinlərlə görüş keçirilib.

Görüş zamanı sakinlərlə söhbət aparılıb, onların keçmiş dövrlərdə üzləşdikləri çətinliklər, hazırda əldə olunan sosial rifah, eləcə də mövcud imkanlardan daha səmərəli istifadə yolları müzakirə edilib.

Tədbirdə günümüzün aktual məsələlərindən biri olan sosial şəbəkələrdən düzgün və səmərəli istifadə mövzusuna da toxunulub. Qeyd edilib ki, sosial şəbəkələrdən vaxtın səmərəsiz keçirilməsi üçün deyil, şəxsi inkişaf və cəmiyyətə fayda verən məqsədlər naminə istifadə olunmalıdır. Bu baxımdan, kitab oxumaq, yeni dillər öyrənmək, müxtəlif peşələrə yiyələnmək, eləcə də cəmiyyət üçün faydalı təşəbbüs və fəaliyyətləri sosial şəbəkələr vasitəsilə təbliğ etmək tövsiyə olunub.

Görüşdə çıxış edən Mehdi Balabəyov Pirəbədil bələdiyyəsinin fəaliyyəti dövründə həyata keçirilən işlər barədə məlumat verib.

Bildirilib ki, bələdiyyə tərəfindən yolların təmiri və bərpası istiqamətində tədbirlər görülüb, bir sıra kəndlərdə qəbiristanlıqlara gedən yollar abadlaşdırılıb, dayanacaqlar quraşdırılıb, Ağbaş kəndinin ərazisində məişət tullantıları üçün zibil qabları yerləşdirilib. Həmçinin Mumlu kəndinin daxili yollarına daş örtüyü salınıb, maddi vəziyyəti ağır olan sakinlərə maddi yardımlar göstərilib.

Bununla yanaşı, sel hadisələri nəticəsində dağılan körpülər bərpa edilib, çay məcralarının təmizlənməsi istiqamətində müvafiq işlər həyata keçirilib.

Mehdi Balabəyov bələdiyyənin fəaliyyəti və görülən işlərdən məmnunluğunu ifadə edib.

Görüşün sonunda Atabala Şeydayev tərəfindən Mehdi Balabəyova hədiyyə təqdim olunub. Daha sonra iştirakçılar bələdiyyə binasının qarşısında xatirə şəkli çəkdiriblər.

Pirəbədil bələdiyyəsi 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər