Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-09-2026 , 16:12

144

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran şəhərində 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan şagirdlərlə görüş keçirilib

Şabran rayonunda Şabran Bələdiyyəsi tərəfindən 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib.
Görüşdə Tofiq Abbasov adına Şabran şəhər 1 nömrəli tam orta ümumi təhsil məktəbinin, Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin, Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin, E. Məmmədov adına Ağalıq kənd tam orta məktəbin və Gəndov kənd tam orta məktəbinin yüksək nəticə göstərən məzunları, eləcədə məktəblərin direktorları iştirak ediblər.
Bələdiyyə sədri Fidan Fərzəliyeva təbrik zamanı qeyd etdi ki,gənclərin qazandığı bu uğur onların uzunmüddətli zəhmətinin, məqsədyönlü hazırlığının və əzminin nəticəsidir. Eyni zamanda, bu nailiyyətlərin əldə olunmasında onların üzərində böyük əməyi olan müəllimlərin, məktəb rəhbərlərinin və valideynlərin də xüsusi rolu vardır.
Bu münasibətlə yüksək nəticə göstərərək tələbə adını qazanan bütün şagirdlərimizi ürəkdən təbrik edir, onlara ali təhsil həyatında uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq!  Hər bir uğurlu şagird Şabranın, onun təhsil ictimaiyyətinin və ailəsinin qürurudur!  Göstərdikləri fədakar əməyə və zəhmətə görə qeyd olunan məktəblərin direktorlarına, müəllim kollektivlərinə və valideynlərə xüsusi təşəkkürümüzü bildiririk.
Dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğı, yaradılan imkanlar gənclərimizin uğurlarının daha da artmasına mühüm zəmin yaradır.
Şabranın uğurlu gəncləri ilə fəxr edirik!
Şabran bələdiyyəsi 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026
1377