Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-07-2026 , 23:01

99

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Atabala Şeydayev: “Son aylarda Pirəbədil bələdiyyəsi əldə etdiyi vəsaitin xeyli bir hissəsini məhz kəndlərdə gediş-gəlişin bərpasına yönəldilib

 “Pirəbədil bələdiyyəsinin bu əsas vəzifəsi seçicilərinə xidmətdən keçir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib.

Sədr bildirib ki, son aylarda yağan güclü yağışın yaratdığı fəsadları aradan qaldırmaq üçün  bələdiyyə tərəfindən ciddi layihələr icra edilməkdədir. Bələdiyyənin inzibati ərazisinə aid Əmirxanlı kəndində məhəllə daxil yolların və çayın üzərində keçən hissədə kiçik həcmli körpünün bərpası, habelə Xəlfələr kəndində daxili yolların bərpası həyata keçirilmişdir.  

Sakinlərin müraciəti əsasında həyata keçirilən bu layihələr ilk növbədə bələdiyyə iclasında müzakirəyə çıxarılaraq öz təsdiqini tapır.

Son aylar Pirəbədil bələdiyyəsi əldə etdiyi vəsaitin xeyli bir hissəsini məhz bələdiyyənin əhatə etdiyi məhəllələrdə gediş gəlişin bərpası olub. Layihələr bələdiyyənin balansında olan traktorun, habelə digər qurumlardan cəlb etdiyi texnikaların köməyi ilə həyata keçirilib.

Pirəbədil bələdiyyəsi  irili-xırdalı 38 kəndi əhatə edir. Hazırda bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır. 

Son günlərdə həyata keçirilən layihələr nəticəsində məhəllədaxili yollarda hamarlama işləri aparılmış, kəndi digər kəndlərlə birləşdirən yollar işlək vəziyyətə gətirilmişdir. Sakinlər bələdiyyənin həyata keçirdyi layihələri razılıqla qarşılamışlar.

Sədr qeyd edib ki, Pirəbədil bələdiyyəsi vətəndaş məmnunluğunu təmin etmək üçün var qüvvəsi ilə çalışır.   

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz