Atabala Şeydayev: “Son aylarda Pirəbədil bələdiyyəsi əldə etdiyi vəsaitin xeyli bir hissəsini məhz kəndlərdə gediş-gəlişin bərpasına yönəldilib”
Sədr
bildirib ki, son aylarda yağan güclü yağışın yaratdığı fəsadları aradan
qaldırmaq üçün bələdiyyə tərəfindən
ciddi layihələr icra edilməkdədir. Bələdiyyənin inzibati ərazisinə aid
Əmirxanlı kəndində məhəllə daxil yolların və çayın üzərində keçən hissədə kiçik
həcmli körpünün bərpası, habelə Xəlfələr kəndində daxili yolların bərpası həyata
keçirilmişdir.
Sakinlərin
müraciəti əsasında həyata keçirilən bu layihələr ilk növbədə bələdiyyə
iclasında müzakirəyə çıxarılaraq öz təsdiqini tapır.
Son
aylar Pirəbədil bələdiyyəsi əldə etdiyi vəsaitin xeyli bir hissəsini məhz bələdiyyənin
əhatə etdiyi məhəllələrdə gediş gəlişin bərpası olub. Layihələr bələdiyyənin
balansında olan traktorun, habelə digər qurumlardan cəlb etdiyi texnikaların köməyi
ilə həyata keçirilib.
Pirəbədil
bələdiyyəsi irili-xırdalı 38 kəndi əhatə
edir. Hazırda bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin
yaşayır.
Son günlərdə həyata keçirilən layihələr nəticəsində məhəllədaxili
yollarda hamarlama işləri aparılmış, kəndi digər kəndlərlə birləşdirən yollar
işlək vəziyyətə gətirilmişdir. Sakinlər bələdiyyənin həyata keçirdyi layihələri
razılıqla qarşılamışlar.
Sədr qeyd edib ki, Pirəbədil bələdiyyəsi vətəndaş məmnunluğunu
təmin etmək üçün var qüvvəsi ilə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy