Tural Ağammədov: “İki il əvvəl üç faiz olduğu halda, cari ilin birinci rübündə bu rəqəm 39 faizə çatıb”
“Fəaliyyətə başladığımız ilk gündən əsas məqsədimiz bələdiyyənin vergi-uçot sistemini qaydaya salmaq olub. Bununla yanaşı BAMS proqramının verdiyi imkandan yararlanmağımızın nəticəsidir ki, cari ilin birinci rübündə Masallı bələdiyyəsinin büdcə gəlirlərində 136 faizlik artım olub”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Tural Ağammədov deyib.
Bələdiyyəniun
əldə etdiyi bəzi rəqəmlərə toxunan sədr qeyd edib ki, cari ilin birinci rübündə 10.333 manatlıq torpaq
vergisi, 15.658 manatlıq əmlak vergisi, 1.683
manatlıq mehmanxana rüsumu, habelə bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmi
39.282 manat olub. Birinci rübdə hıəmçinin 180
manatlıq icarə haqqı toplanılıb. Beləliklə, cari ilin birinici rübündə ümumilikdə 67.136 manat əldə olunub.
Sədr
202-2025-ci illərin birinci rübündə əldə olunan rəqəmləri də diqqətə çatdırıb. Rəqəmlərdən məlum olur ki, bələdiyyə büdcəsi
bu iki il ərzində yalnız əmlakın özgəninkiləşdirilməsindən
daxil olan vəsaitin üzərində qurulub. Demək olar ki, bələdiyyənin vergi xidmətinin
iş fəaliyyəti hiss olunmayıb.
Belə
ki, 2024- ci ilin birinci rübündə cəmi 92 manatlıq torpaq vergisi, 571 manatlıq əmlak vergisi,
264 manatlıq mehmanxana rüsumu əldə olduğu
halda, bələdiyyə
əmlakının özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmi 27.368
manat olub. Ümumilikdə isə 2024- cü ilin
birinci rübü ərzində 28.525 manat əldə olunub.
2025-ci
ilin birinci rübündə isə torpaq vergisinin həcmi 1.505 manat, əmlak vergisinin həcmi 4.193 manat , mehmanxana rüsumunun həcmi 132 manat, bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən
daxil olan vəsaitin həcmi isə 29.709
manat olmaqla, ümumilikdə birinci rüb ərzində 35.539 manat əldə olunub.
Göründüyü
kimi, cari ilin birinci rübündə əldə olunan vəsaitin 39 faizi yerli vergilərdən
daxil olmuşdursa, iki il əvvəl bu rəqəm cəmi ümumi büdcə gəlirlinin cəmi üç faizini
təşkil edirdi.
Hədəfimiz daha yüksək nəticələr əldə etməkdir. Yalniz bu halda seçicilərimizin qaldırdığı problemlərin həllinə nail ola bilərik.
Belediyye.info
Rəylər
0 Rəy