Ötən il Cəlilabad bələdiyyələri vergilərin həcmini üç dəfəyədək artırıblar
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Cəlilabad rayonunda formalaşan 19 bələdiyyənin büdcə gəliri 1.427.200 manat olub. Bu 2024-ci llə müqayisədə 28.7 faiz çoxdur. Yəni 2024 cü ildə 35 bələdiyyənin büdcə gəliri 1.109.100 manat təşkil edirdi.
Əldə edilən gəlirin 55.3 faizi vergilərdən, 42.2 faizi isə
rüsumlardan olub. Büdcə gəlirinin 38.6 faizi torpaq, 16.8 faizi əmlak vergisindən
daxil olub. Bu istiqamətlərdən müvafiq olaraq torpaq vergisindən 550.200 manat,
əmlak vergisindən isə 239.600 manat vəsait daxil olub. Bu isə ötən illə müqayisədə 3 dəfəyədək artım
deməkdir.
Yəni 2024- cüi ildə Cəlilabad
bələdiyyələri 186.400 torpaq vergisi,109.400 əmlak vergisi toplaya bilmişdi.
Cəlilabad bələdiyyələrinin büdcə gəlirinin 30.6 faizi bələdiyyə
əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən
daxil olub. il ərzində 259.300 manatlıq
bələdiyyə əmlakı özgəninkiləşdirilib. Bələdiyyə əmlakının icarəsindən və
istifadəyə verilməsindən daxil olan vəsaitin həcmi isə iki dəfəyədək artıb. Yəni
2025 -ci ildə bu maliyyə istiqamətindən 178 min manat vəsait daxil olub.
Bununla yanaşı il ərzində Cəlilabad bələdiyyələrinə 166.100 manat dotasiya
ayrılıb. İl ərzində bələdiyyə büdcəsinə həm və 34 min manatlıq ianə daxil olub.
Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində
stasionar və ya səyyar ticarətdən,
avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, mehmanxana,
turizm, kurort-sanatoriya xidmətlərindən, daşınmaz əmlak üzərində reklam
daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy