Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-04-2026 , 23:20

68

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Cəlilabad bələdiyyələri vergilərin həcmini üç dəfəyədək artırıblar

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Cəlilabad rayonunda formalaşan 19  bələdiyyənin büdcə gəliri  1.427.200 manat olub. Bu 2024-ci llə müqayisədə 28.7 faiz çoxdur. Yəni 2024 cü ildə 35 bələdiyyənin büdcə gəliri 1.109.100 manat təşkil edirdi.

Əldə edilən gəlirin 55.3 faizi vergilərdən, 42.2 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 38.6  faizi torpaq, 16.8 faizi əmlak vergisindən daxil olub. Bu istiqamətlərdən müvafiq olaraq torpaq vergisindən 550.200 manat, əmlak vergisindən isə 239.600 manat vəsait daxil olub.  Bu isə ötən illə müqayisədə 3 dəfəyədək artım deməkdir.

 Yəni 2024- cüi ildə Cəlilabad bələdiyyələri 186.400 torpaq vergisi,109.400 əmlak vergisi toplaya bilmişdi.

Cəlilabad bələdiyyələrinin büdcə gəlirinin 30.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. il ərzində 259.300  manatlıq  bələdiyyə əmlakı özgəninkiləşdirilib. Bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən daxil olan vəsaitin həcmi isə iki dəfəyədək artıb. Yəni 2025 -ci ildə bu maliyyə istiqamətindən 178 min manat vəsait daxil olub.

Bununla yanaşı il ərzində Cəlilabad  bələdiyyələrinə 166.100 manat dotasiya ayrılıb. İl ərzində bələdiyyə büdcəsinə həm və 34 min manatlıq ianə daxil olub.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər