Bərdə bələdiyyələri əmlak vergisinin həcmini kəskin şəkildə artırıblar
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Bərdə rayonunda formalaşan 20 bələdiyyənin 1.137.900 büdcə gəliri manat olub. Qeyd edək ki, 2024- cü ildə bu rəqəm 863.800 manat olmuşdu. Bu isə öz növbəsində 2024-ci llə müqayisədə 31.9 cox deməkdir. Bələdiyyə müəssisəsindən daxil olan mənfəət vergisindən isə 1.500 manat daxil olub.
Beləliklə, əldə edilən gəlirllərin 24.1 faizi vergilərdən, 75.9
faizi isə rüsumlardan olub.
Büdcə gəlirinin 16.7 faizi torpaq vergisindən, 7.2 faizi isə
əmlak vergisindən daxil olub.
Beləliklə, torpaq vergisindən daxil olan vəsaitin həcmi 190.000 manat, əmlak vergisindən isə 82.400 manat daxil olub. Bu isə öz növbəsində
ötən illə müqayisədə torpaq vergisindən 3.4 dəfə, əmlak vergisindən isə 174 faiz artıq deməkdir.
Bərdə bələdiyyələrinin büdcə gəlirin 63.8 faizi bələdiyyə əmlakının
özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.
Bu isə ümumilikdə 726.200 manat edir. Bu istiqamətdə 18.6 faiz artım olub.
İl ərizində Bərdə bələdiyyələrinə
123.000 manat dotasiya və subvensiya ayrılıb.
İl ərzində mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən və avtodayanacaqlardan büdcəyə maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy