Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-04-2026 , 12:32

113

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bərdə bələdiyyələri əmlak vergisinin həcmini kəskin şəkildə artırıblar

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Bərdə rayonunda formalaşan 20 bələdiyyənin 1.137.900 büdcə gəliri manat olub. Qeyd edək ki, 2024- cü ildə bu rəqəm 863.800 manat olmuşdu.  Bu isə öz növbəsində 2024-ci llə müqayisədə 31.9 cox deməkdir. Bələdiyyə müəssisəsindən daxil olan mənfəət vergisindən isə 1.500 manat daxil olub.

Beləliklə, əldə edilən gəlirllərin 24.1 faizi vergilərdən, 75.9 faizi isə rüsumlardan olub.

Büdcə gəlirinin 16.7 faizi torpaq vergisindən, 7.2 faizi isə əmlak vergisindən daxil olub.

Beləliklə, torpaq vergisindən  daxil olan vəsaitin həcmi 190.000  manat, əmlak vergisindən isə  82.400 manat daxil olub. Bu isə öz növbəsində ötən illə müqayisədə  torpaq vergisindən  3.4 dəfə, əmlak vergisindən isə  174 faiz artıq deməkdir.  

Bərdə bələdiyyələrinin büdcə gəlirin 63.8 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Bu isə ümumilikdə 726.200 manat edir. Bu istiqamətdə  18.6 faiz artım olub.

İl ərizində Bərdə  bələdiyyələrinə 123.000 manat dotasiya və subvensiya ayrılıb.

İl ərzində  mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən və  avtodayanacaqlardan büdcəyə maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər