Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-02-2026 , 21:19

399

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tural Ağammədov: “Kollektivin birgə səyi ilə yerli vergiləri iki dəfəyədək artırmışıq”

“Masallı bələdiyyəsi 2025-ci ildə yerli vergilərin həcmini iki dəfəyədək artıra bilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Tural Ağammədov deyib. Bununla da kənd rayonları arasında büdcə artımına görə birinci onluğu tamamlayır.

Sədrin sözlərinə görə, 2024-cü ildə 57.678 manat vergi toplanılmışdısa, bu rəqəm ötən il 116.454 manata bərabər olub.

Yenilənmiş və təkmilləşdirilmiş  BAMS proqramının verdiyi bütün imkanlardan istifadə etməklə yanaşı, həm də bələdiyyənin vergi xidmətinin ciddi səyi ilə bu uğura imza atılıb. İlk olaraq bələdiyyənin vergi-uçot sistemi yenidən qurulub. Bununla yanaşı həm də vergi ödəyiciləri haqqında məlumatların BAMS-da dəqiqləşdirmə aparılması vaxt aparsa da bununla bağlı bir xeyli iş görülüb.  SMS xidmətindən istifadə etməklə yanaşı, həm də borclu vətəndaşlarla ciddi maarifləndirici söhbətlərin aparılması sayəsində cari ildə daha böyük uğura imza atmaq fikrindəyik.

Sədr bildirib ki, büdcə gəlirləri nə qədər çox olarsa vətəndaşın qaldırğı problemlərin həlli də sürətlənər. Odur ki, bələdiyyənin kollektivi cari ildə ötən ilin sonlarında təsdiq etdiyi büdcə layihəsinə uyğun olaraq hərəkət etməklə büdcə gəlrilərini artırmaq niyyətindədir.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər