Vətəndaşların bələdiyyəyə kifayət qədər vergi borcu var BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR
Dövlətin
əsas vəzifələrindən biri yerli özünüidarəetmənin, yerli demokratiyanın
inkişafını dəstəkləmək, bu prosesin hüquqi tənzimlənməsinə və Azərbaycan
Respublikasının Konustitusiyasında təsbit olunmuş özünüidarə prinsiplərini həyata
keçirməkdir.
Bələdiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən
biri də bələdiyyənin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin
olunması, hüquq pozuntularının aradan qaldırılmasıdır.
Bildiyimiz kimi, bələdiyyələr kollegial orqandır, yəni-yerli
əhəmiyyətli bütün məsələlər, layihələr bələdiyyə iclaslarında müzakirə edildikdən
sonra qərarlar qəbul olunur.
Biləsuvar bələdiyyəsində
ötən 2025-ci ili ərzində 36 iclas keçirilmiş, 80 məsələ müzakirə edilərək,
müvafiq qərarlar qəbul edilmişdir. 2025-ci ili ərzində bələdiyyə iclasında
müzakirə olunan 57 sosial məsələ barədə, 23 isə cari məsələlər olmuşdur.
2025-ci il ərzində Biləsuvar
bələdiyyəsinə 375 müraciət daxil
olmuşdur. Müraciətlərin 128-i vətəndaşdan
birbaşa daxil olmuşdur. Bundan əlavə 70 nəfər vətəndaş şifahi müraciətləri və əhali
ilə keçirilən sıx görüşlər zamanı sakinlərin müraciətləri əsasında qəbul
olunmuş və onların qaldırdıqları məsələlər əsasən həll olunmuşdur.
Bütün müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan
Respublikası Qanununa uyğun olaraq baxılaraq cavab verilmişdir.
Vətəndaşların ərizə və şikayətlərinə baxılarkən sosial
müdafiəyə ehtiyacı olan Qarabağ müharibəsi əlillərinə, veteranlara, şəhid və az
təminatlı ailələrə daha diqqətlə yanaşılmışdır.
Torpaq islahatı zamanı bələdiyyəyə 461.71 hektar ehtiyat
fondu torpağı ayrılmışdır ki, bunun 140.1 hektarı kənd təsərrüfatına yararlı
torpaq sahələridir. Bələdiyyənin ehtiyat fondundan 376.1 hektar torpaq sahəsi
44 nəfərə kənd təssərüfatı məhsulları istehsalı üçün icarəyə verilmişdir.
Mövcud qanunvericiliyə uyğun olaraq hər ilin dekabr ayının
20-dək növbəti il üçün proqnoz rəqəmlərə əsasən bələdiyyənin yerli büdcəsinin gəlirlər
və xərclər smetası təsdiq olunur.
Bələdiyyənin 2025-ci ilə təsdiq olunmuş smetasına əsasən gəlirlər
217.800 manat, xərclər isə 217.800 manat nəzərdə tutulmuşdur.
Büdcə kəsirini tamamlamaq üçün dövlət büdcəsindən 30.000
manat dotasiya alınması nəzərdə tutulmuşdur. Lakin faktiki olaraq Dövlət büdcəsindən
20.000 manat dotasiya ayrılmışdır.
Bələdiyyənin 2025-ci ili ərzində yerli büdcəsi 217800 manata qarşı 178179 manat yerinə
yetirilmişdir, yəni büdcənin gəlir hissəsi 82.1 % yerinə yetirilmişdir, büdcənin
xərcləri isə 177047 manat olmuşdur .
Bələdiyyənin yerli büdcəsinin gəlirləri aşağıda göstərilən məsələlər
hesabına yaranmışdır.
- torpaq
vergisi 36137 manat
- əmlak
vergisi 84677 manat
- Bələdiyyə
əmlakının icarəyə verilməsindən - 21125 manat
-Bələdiyyə əmlakının
özgəninkiləşdirilməsi – 13810 manat
-Dotasiyadan
daxil olma isə 20000 manat olmuşdur
Mehmanxana
və sanatoriyalardan daxil olan ödəniş – 700 manat
Dayanacaqlardan
daxil olan ödəniş – 1005 manat
Bələdiyyənin
yerli büdcəsinə daxil olmuş vəsait aşağıda göstərilən qaydada xərclənmişdir:
Yerli
özünüidaretmə orqanlarının saxlanması xərcləri 162442 manat
O cümlədən əmək
haqqı – 116891 manat
DSMF- 22400
manat
İcbari
tibbi sığorta - 2926
İmkansız
ailələrə maddi yardım - 100 manat
Bayram tədbirlərinin
keçirilməsi – 1000 manat
Mənzil və
kommunal təsərrüfatı xərcləri – 5231 manat
O cümlədən:
1.Yol təmiri
– 4055 manat
2.Qəbristanlıqların
saxlanılması – 766 manat
3. Arkonun
işıqlandırılması - 410 manat.
Abunə xərci
- 1122 manat
Assosasiyaya
– 1600 manat
Otaqların təmiri
- 1498 manat
Digər xərclər
– 16375 manat
O cümlədən:
Elektrik
enerjisi - 734 manat
Rabitə
haqqı – 600 manat
Otaqların
icarə haqqı – 280 manat
Ezamiyyə xərci
– 1936 manat
Audit xərci
– 2000 manat
Onlayn xidmət
haqqı 3% - 3919 manat
Poçt xidmət
haqqı – 1923 manat
DƏDRX(əmlakın
qiymətləndirilməsi) – 2357 manat
Torpaq
pulunun geri qaytarılması – 6176 manat
Maliyyə vəsaiti
yalnız bələdiyyənin qərarı ilə ayrılmış və qərarda vəsaitin təyinatı məqsədi və
dəqiq miqdarı göstərilmişdir.
Məlumdur
ki, büdcə gəlirlərinin artırılmasında bələdiyyə torpaqlarının icarəyə verilməsi,
bələdiyyə torpaqlarının vətəndaşlara satılması, fiziki şəxslərdən toplanan əmlak
və torpaq vergiləri əsas vəsaitlərdəndir. Belə ki, təkcə vətəndaşların bələdiyyəyə
479000 manat əmlak və torpaq vergisi borcları olduğu halda 2025-ci ili ərzində
yalnız 120700 manat vəsait toplanmışdır.
«Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarət haqqında» Qanuna əsasən bələdiyyə iclaslarında
müzakirə olunan məsələlərin protokollarının surəti Ədliyyə Nazirliyi İmişli
Regional Ədliyyə İdarəsinə göndərilir.
Biləsuvar bələdiyyəsi öz fəaliyyətində yerli əhəmiyyətli
problemləri həll edərkən Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin verdiyi
tapşırıq və tövsiyyələrini həmişə öz işində rəhbər tutmuşdur.
Sizi əmin
edirik ki, bundan sonra da öz fəaliyyətimizi, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi
barədə qəbul olunmuş qanunlar çərçivəsində və rayon İcra Hakimiyyəti başçısının
tövsiyyəsi əsasında quracağıq.
İlqar Abasov
Biləsuvar bələdiyyəsinin
sədri
Rəylər
0 Rəy