Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-01-2026 , 14:52

931

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Vətəndaşların bələdiyyəyə kifayət qədər vergi borcu var BƏLƏDİYYƏ  SƏDRİ HESABAT VERİR


Dövlətin əsas vəzifələrindən biri yerli özünüidarəetmənin, yerli demokratiyanın inkişafını dəstəkləmək, bu prosesin hüquqi tənzimlənməsinə və Azərbaycan Respublikasının Konustitusiyasında təsbit olunmuş özünüidarə prinsiplərini həyata keçirməkdir.

Bələdiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də bələdiyyənin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması, hüquq pozuntularının aradan qaldırılmasıdır.

Bildiyimiz kimi, bələdiyyələr kollegial orqandır, yəni-yerli əhəmiyyətli bütün məsələlər, layihələr bələdiyyə iclaslarında müzakirə edildikdən sonra qərarlar qəbul olunur.

Biləsuvar  bələdiyyəsində ötən 2025-ci ili  ərzində 36  iclas keçirilmiş, 80 məsələ müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. 2025-ci ili ərzində bələdiyyə iclasında müzakirə olunan 57 sosial məsələ barədə, 23 isə cari məsələlər olmuşdur.

2025-ci il ərzində Biləsuvar  bələdiyyəsinə  375 müraciət daxil olmuşdur. Müraciətlərin 128-i  vətəndaşdan birbaşa daxil olmuşdur. Bundan əlavə 70 nəfər vətəndaş şifahi müraciətləri və əhali ilə keçirilən sıx görüşlər zamanı sakinlərin müraciətləri əsasında qəbul olunmuş və onların qaldırdıqları məsələlər əsasən həll olunmuşdur.

Bütün müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılaraq cavab verilmişdir.

Vətəndaşların ərizə və şikayətlərinə baxılarkən sosial müdafiəyə ehtiyacı olan Qarabağ müharibəsi əlillərinə, veteranlara, şəhid və az təminatlı ailələrə daha diqqətlə yanaşılmışdır.

Torpaq islahatı zamanı bələdiyyəyə 461.71 hektar ehtiyat fondu torpağı ayrılmışdır ki, bunun 140.1 hektarı kənd təsərrüfatına yararlı torpaq sahələridir. Bələdiyyənin ehtiyat fondundan 376.1 hektar torpaq sahəsi 44 nəfərə kənd təssərüfatı məhsulları istehsalı üçün icarəyə verilmişdir.

Mövcud qanunvericiliyə uyğun olaraq hər ilin dekabr ayının 20-dək növbəti il üçün proqnoz rəqəmlərə əsasən bələdiyyənin yerli büdcəsinin gəlirlər və xərclər smetası təsdiq olunur.

Bələdiyyənin 2025-ci ilə təsdiq olunmuş smetasına əsasən gəlirlər 217.800 manat, xərclər isə 217.800 manat nəzərdə tutulmuşdur.

Büdcə kəsirini tamamlamaq üçün dövlət büdcəsindən 30.000 manat dotasiya alınması nəzərdə tutulmuşdur. Lakin faktiki olaraq Dövlət büdcəsindən 20.000  manat dotasiya ayrılmışdır.

Bələdiyyənin 2025-ci ili ərzində yerli büdcəsi 217800  manata qarşı 178179 manat yerinə yetirilmişdir, yəni büdcənin gəlir hissəsi 82.1 % yerinə yetirilmişdir, büdcənin xərcləri isə 177047  manat olmuşdur .

Bələdiyyənin yerli büdcəsinin gəlirləri aşağıda göstərilən məsələlər hesabına yaranmışdır.

- torpaq vergisi 36137 manat

- əmlak vergisi 84677 manat

- Bələdiyyə əmlakının icarəyə verilməsindən - 21125 manat

-Bələdiyyə əmlakının özgəninkiləşdirilməsi – 13810 manat

-Dotasiyadan daxil olma isə 20000 manat olmuşdur

Mehmanxana və sanatoriyalardan daxil olan ödəniş – 700 manat

Dayanacaqlardan daxil olan ödəniş – 1005 manat

Bələdiyyənin yerli büdcəsinə daxil olmuş vəsait aşağıda göstərilən qaydada xərclənmişdir:

Yerli özünüidaretmə orqanlarının saxlanması xərcləri 162442 manat

O cümlədən əmək haqqı – 116891 manat           

DSMF- 22400 manat

İcbari tibbi sığorta - 2926

İmkansız ailələrə maddi yardım  -  100 manat

Bayram tədbirlərinin keçirilməsi – 1000 manat

Mənzil və kommunal təsərrüfatı xərcləri – 5231 manat

O cümlədən:

1.Yol təmiri – 4055 manat

2.Qəbristanlıqların saxlanılması – 766  manat

3. Arkonun işıqlandırılması - 410 manat.

Abunə xərci -  1122 manat

Assosasiyaya – 1600 manat

Otaqların təmiri - 1498 manat

Digər xərclər – 16375 manat

O cümlədən:

Elektrik enerjisi - 734 manat

Rabitə haqqı – 600 manat

Otaqların icarə haqqı – 280 manat

Ezamiyyə xərci – 1936 manat

Audit xərci – 2000 manat

Onlayn xidmət haqqı 3% - 3919 manat

Poçt xidmət haqqı – 1923 manat

DƏDRX(əmlakın qiymətləndirilməsi) – 2357 manat

Torpaq pulunun geri qaytarılması – 6176 manat

Maliyyə vəsaiti yalnız bələdiyyənin qərarı ilə ayrılmış və qərarda vəsaitin təyinatı məqsədi və dəqiq miqdarı göstərilmişdir.

Məlumdur ki, büdcə gəlirlərinin artırılmasında bələdiyyə torpaqlarının icarəyə verilməsi, bələdiyyə torpaqlarının vətəndaşlara satılması, fiziki şəxslərdən toplanan əmlak və torpaq vergiləri əsas vəsaitlərdəndir. Belə ki, təkcə vətəndaşların bələdiyyəyə 479000 manat əmlak və torpaq vergisi borcları olduğu halda 2025-ci ili ərzində yalnız 120700 manat vəsait toplanmışdır.

«Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Qanuna əsasən bələdiyyə iclaslarında müzakirə olunan məsələlərin protokollarının surəti Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinə göndərilir.

Biləsuvar  bələdiyyəsi öz fəaliyyətində yerli əhəmiyyətli problemləri həll edərkən Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələrini həmişə öz işində rəhbər tutmuşdur.

Sizi əmin edirik ki, bundan sonra da öz fəaliyyətimizi, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi barədə qəbul olunmuş qanunlar çərçivəsində və rayon İcra Hakimiyyəti başçısının tövsiyyəsi əsasında quracağıq.

İlqar  Abasov

Biləsuvar bələdiyyəsinin sədri                               

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər