Bələdiyyənin təşkilatçılğı ilə “Yerin təkinin mühafizəsi və qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Cəlilabad
bələdiyyəsi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı
ilə “Yerin təkinin mühafizəsi və qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirmə
tədbiri keçirildi.
Tədbirin
əsas məqsədi yerin təkindən istifadə zamanı qanunvericiliyə düzgün əməl
olunması, təbii sərvətlərin qorunması və bu sahədə nəzarətin gücləndirilməsidir.
Mütəxəssislər tərəfindən iştirakçılara mövzu üzrə geniş məlumatlar verildi,
aktual problemlər və həll yolları müzakirə olundu.
Bu
cür maarifləndirici tədbirlər ətraf mühitin mühafizəsinə, təbii sərvətlərin səmərəli
istifadəsinə və ekoloji mədəniyyətin artırılmasına mühüm töhfə verir.
Cəlilabad
bələdiyyəsi
Rəylər
0 Rəy